Accessibility links

Senat Massaçutes ştatından senator Con Kerrinin namizədliyini 94 lehinə, 3 əleyhinə və bir bitərəf səslə ABŞ Dövlət katibi vəzifəsinə təsdiq edib.

Kerrinin namizədliyi Xarici Əlaqələr Komitəsində səsvermədən bir neçə saat sonra çərşənbə axşamı Senatda bütöv tərkibdə səsə qoyularaq təsdiq edilib.

Prezident Barak Obama Kerrinin namizədliyini cümə günü istefaya gedəcək Hillari Klintonu əvəzləmək üçün keçən ay irəli sürmüşdü.

Con Kerri Viyetnam müharibəsi veteranıdır. O, Senatın Xarici Əlaqələr Komitəsində 28 il xidmət göstərib və son dörd il komitəyə sədrlik edib.

Təsdiqi ilə bağlı keçən həftə keçirilən dinləmə zamanı çıxışında Kerri deyib ki, Birləşmiş Ştatlar dünyada lideri olaraq qala bilmək üçün büdcə problemini həll etməlidir.
O, Obama administrasiyasının İranın nüvə programının diplomatik yolla həllini dəstəkləyəcəyinə söz verib.

Demokrat partiyasından prezidentliyə namizəd olan Kerri 2004-cü il seçkilərində keçmiş prezident Corc Buşa məğlub olmuşdu.
XS
SM
MD
LG