Accessibility links

Mosul şəhərini İslam Dövləti döyüşçülərindən geri almaq üçün keçirilən hərbi əməliyyatlarda İraq qüvvələri və kürdlərin Peşmərqə ordusunu Birləşmiş Ştatların 100-dən çox hərbiçisi müşayiət edir.

Pentaqon sözçüsü çərşənbə axşamı müxbirlərə deyib ki, Birləşmiş Ştatlar hərbçiləri İraqın ikinci böyük şəhəri olan Mosulu geri alamq üçün genişmiqyaslı əməliyyatlarda iştirak edən 10 minə qədər kürd döyüşçüsü, İraqın 18 min nəfərlik hərbi qüvvələri və minlərlə İraq polisinə yardım edir.

Birləşmiş Ştatların başçılıq etdiyi koalisiya qüvvələrinin havadan yardımı ilə uzun müddətdir gözlənilən əməliyyatların getdiyi bir vaxt, sünni qəbilə ordusu və şiə döyüşçüləri Mosul ətrafında yerləşdirilib.

Çərşənbə axşamı Vaşinqtonda etdiyi çıxışı zamanı prezident Barak Obama Mosul uğrunda mübarizədə əminliyini ifadə edib, lakin qarşıda çətinliklərin olacağını deyib.

XS
SM
MD
LG