Accessibility links

ABŞ rəsmisi: İsrailə bomba göndərilməsi Rəfahın işğalı ilə bağlı narahatlığa işarə olaraq dayandırılıb


Birləşmiş Ştatlar administrasiyasının yüksək səviyyəli rəsmisi çərşənbə axşamı bildirib ki, ABŞ-ın buna qarşı olmasına baxmayaraq, İsrailin Qəzzanın cənubundakı Rəfah şəhərinə genişmiqyaslı hücuma başlamaq qərarına yaxınlaşmasından narahat olduğu üçün İsrailə bomba daşınmasını dayandırılıb.

Həssas mövzunu müzakirə etmək üçün anonimlik şərti ilə danışan rəsminin sözlərinə görə, göndərilməli olan bombalar 900 kiloqram və 225 kiloqramdan ibarət olmalı idi. ABŞ-ın narahatlığı ağır çəkili partlayıcıların insanların sıx yaşadığı şəhərdə necə istifadə oluna biləcəyidir.

Oktyabrın 7-də militant HƏMAS qrupunun İsrailə ölümcül hücumundan sonra İsrailin bu qrupa qarşı müharibəsi fonunda Qəzzanın digər hissələrindən 1 milyondan çox mülki şəxs Rəfahda sığınacaq tapıb.

ABŞ tarixən İsrailə böyük miqdarda hərbi yardım göstərib. Bu, HƏMAS-ın oktyabrın 7-də İsraildə təxminən 1200 nəfərin ölümünə və təxminən 250 nəfərin militantlar tərəfindən əsir götürülməsinə səbəb olan hücumundan sonra sürətlənib. Yardım göndərilməsinin dayandırılması İsrailin baş naziri Benyamin Netanyahu hökuməti ilə Qəzzada günahsız mülki insanların həyatını qorumaq üçün daha çox işlər görməyə çağıran prezident Co Bayden administrasiyası arasındakı ən parlaq təzahürdür.

Bayden administrasiyası gələcəkdə hərbi yardım köçürmələrini aprel ayında nəzərdən keçirməyə başlayıb. Belə ki, Netanyahu hökuməti Ağ Evin aylarla müqavimətinə baxmayaraq, Rəfahın işğalına doğru yaxınlaşır.

Rəsmi daşınmanın dayandırılması ilə bağlı qərarın keçən həftə verildiyini və daha sonra daşınmaya davam edilib-edilməyəcəyi ilə bağlı yekun qərarın hələ verilmədiyini deyib.

Forum

XS
SM
MD
LG