Accessibility links

Yeni videoda polisin qaradərili sürücünü güllə ilə vurduğu göstərilir


Birləşmiş Ştatların şimal-şərq Nyu-Cersi ştatının rəsmiləri avtomobilin dayandırılmasına göstəriş verən iki polis işçisinin silahsız qaradərili sürücünü güllə ilə vurub öldürdüyü göstərilən videonu nümayiş etdirib.

Hadisə dekabr ayının 30-da Bricton şəhərində qeydə alınıb. Videoda 36 yaşlı Ceremi Reydin idarə etdiyi avtomobilin polis işçiləri Brahim Deys və Rocer Vorli tərəfindən saxlandığı və polis işçilərinin silahlarını çıxardıqlarını görmək olur. Bundan sonra polisin maşında qalması tələbini yerinə yetirməyərək, əllərini yuxarı qaldıraraq maşından çıxan Reyd polis tərəfindən vurulur.

Hadisə bu yaxınlarda silahsız qaradərililərin polis tərəfindən öldürülməsinə etiraz aksiyalarının keçirildiyi Ferquson və Nyu-York şəhərlərində olduğu kimi Filadelfiyayaxınlığındakı kiçik şəhərdə də etirazlara yol açıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG