Accessibility links

Prezident Obama Konqresi fəaliyyət göstərməyə çağırır


ABŞ prezidenti Konqresdə respublikaçıların üstünlük təşkil etdiyi Nümayəndələr Palatasını kəskin tənqid edib

Amerika xalqına müraciətində cənab Obama qanunvericiləri Konqres seçkilərində kampaniya aparmaq üçün öz ştatlarına dönərək, yeni iş yerlərinin yaradılması, iqtisadiyyatın inkişaf etdirilməsi və orta sinfin gücləndirilməsinə dair təkliflərlə bağlı fəaliyyət göstərmədiklərinə görə kəskin tənqid edib.

Cənab Obama qanunvericiləri Amerika xalqından daha çox öz işləri və maaşları ilə maraqlanmaqda ittiham edib.

ABŞ prezidentinin tənqidlərinin əsas hədəfi Respublikaçıların üstünlük təşkil etdiyi Nümayəndələr Palatası olub. Cənab Obama Nümayəndələr Palatasının veteranlar, fermerlər və kiçik biznes sahiblərinə kömək edə bilmədiyini demişdir. Prezident Obama qanuvericiləri noyabrın 6-da seçkilərdən sonra işə qayıtdıqları zaman təklif edilmiş qanun layilərinin qəbul edilməsil bağlı fəaliyyətə keçməyə çağırıb.

ABŞ prezidenti şənbə günü Viskonsin ştatında kampaniyası çərçivəsində bir neçə tədbirdə iştirak edəcək. Viskonsin prezident seçkisinin taleyini həll edə bilcək mühüm ştatlardan biri hesab edilir.

Cənab Obamanın respublikaçı rəqibi Mitt Romni seçki kampaniyasını Kaliforniya ştatında davam etdirir.
XS
SM
MD
LG