Accessibility links

Rusiya ABŞ-la silahlara dair müqaviləni yeniləməyəcək


ABŞ Nann-Luqar proqramı çərçivəsində Rusiyaya sovet dövründən qalmış kütləvi qırğın silahlarının məhvi işində kömək edirdi

Rusiya hökuməti keçmiş Sovet İttifaqı dövründə kimyəvi və nüvə silahlarının zərərsizləşdirilməsinə dair Birləşmiş Ştatlarla 20 illik müqavilənin yenilənməyəcəyini elan edib.

Rusiyanın Xarici İşlər nazirliyi ABŞ-ın müqavilənin uzadılmasına dair təklifini qəbul etməyəcəyini bildirib.

Xarici İşlər nazirliyinin bəyanatında deyilir ki, ABŞ rəsmiləri verilmiş təkliflərin Rusiya tərəfin proqram üzrə əməkdaşlığa dair ideyalarını əks etdirməyindən xəbərdardır. Bəyanatda Rusiyanın proqram üzrə əməkdaşlığa dair daha fərqli və müasir hüquqi çərçivənin müəyyən edilməli olduğu göstərilir.

1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra ABŞ senatorları Sem Nunan və Riçard Luqar proqrama dair qanunvericilik təklif etmişdi.

Ağ Evin sözçüsü Coş Örnest deyib ki, prezident Obama proqramın hələ də dəyərli və ABŞ-ın milli təhlükəsizliyi üçün faydalı olduğuna inanır. O, Birləşmiş Ştatların proqramın yeniləşdirilməsi üçün Rusiya ilə işləmək istədiyini bildirib.

ABŞ-ın maliyyələşdirdiyi proqramın müddəti gələn il bitir. Proqram çərçivəsində tərksilah sahəsində nüvə raketləri və kimyəvi silah anbarlarının məhv edilməsi, keçmiş sovet respublikaları olan Ukrayna, Qazaxıstan və Belarusdan nüvə silahlarının çıxarılması və nüvə obyektlərinin mühafizəsi kimi bir sıra tədbirlər görülmüşdür.

Proqram sayəsində habelə 7 min 6 yüzdən çox nüvə başlığı sıradan çıxarılmışdır.
XS
SM
MD
LG