Accessibility links

Ohayo ştatında yük qatarı relsdən çıxıb


Ohayo ştatının Kolumbus şəhərində yük qatarının bir hissəsi relsdən çıxaraq alovlanıb.

İnsident sakinlərin ərazidən evakuasiya edilməsinə səbəb olub. Yanğınsöndürənlər və təhlükəli materialları tədqiq edən qrup yanğına nəyin səbəb olduğunu araşdırır.

Dəmiryol rəsmiləri cənuba doğru irəliləyən, 11 vaqonlu qatarın gecə saat 2 radələrində relsdən çıxdığını deyrlərb. Rəsmilər vaqonlarda alışqan maddə və ya cismin olduğunu və yanğının bu üzdən baş verdiyini ehtimal edir.

Yanğınsöndürənlər hadisə zamanı iki nəfərin xəsarət aldığını və özlərini xəstəxanaya çatdırmağa müvəffəq olduqlarını deyib.
XS
SM
MD
LG