Accessibility links

USAİD Goranboy və Samuxda kənd icmaları üçün müxtəlif layihələr reallaşdırıb


Goranboyda yem sexi
Goranboyda yem sexi

Azərbaycan hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Goranboy (Bakıdan 313 kilometr qərb) və Samux (Bakıdan 363 kilometr qərb) rayonlarında sosial-iqtisadi inkişafı gücləndirmək üçün əməkdsaşlıq edir.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SİİF) adlı proqramı çərçivəsində bu yaxınlarda, Goranboy və Samux rayonlarının kəndləri mal-qaraya qulluq, su çatışmazlığı və sinif otaqlarının təhlükəsizliyi sahəsində bir neçə layihə başa çatdırılıb. Bu layihələr ABŞ və Azərbaycan hökumətləri tərəfindən birgə maliyyələşib.

Nadirkənd icmasının üzvləri iqtisadi olaraq heyvandarlıq və quşçuluqla məşğul olurlar, lakin becərdikləri məhsulların heyvanlar üçün yem kimi emal olunmasında çətinliklərlə üzləşirdilər, beləki onlar yem emalı məntəqələrinə qonşu kəndlərə getməli olurdular. SİİF proqramı icmaya 1500 kq/s emal gücünə malik yem emalı məntəqəsi inşa etmək üçün layihə hazırlamağa kömək etdi. Bu, pula qənaət etməyə və məhsuldarlığı artırmağa kömək edəcək.

Goranboyda icma layihəsi
Goranboyda icma layihəsi

Xoylu və Əhmədbəyli icmaları uzun müddət texniki su çatışmazlığı ilə bağlı çətinlik çəkirdilər. Qadınlar və uşaqlar gündəlik istifadə və suvarma məqsədilə uzaqda yerləşən quyulardan su gətirməyə məcbur olurdular. SİİF layihəsi vasitəsilə hər iki kəndin sakinləri hər icmada 30-dan çox krana bağlı olan su rezervuarları quraşdırdılar. Bu, iki icmada 4000-dən çox sakinin yaşayış səviyyəsini və sanitar durumunu yaxşılaşdırmağa kömək edib.

Həmçinin, Xoylu və Əli Bayrmalı kəndlərində bağça və məktəb köhnə isitmə vasitələrindən - elektrik və odun sobalarından - istifadə edirdilər ki, bu da uşaqları toksik tüstü və yanğın təhlükəsi altına qoyurdu. SİİF proqramı icmaya ayrıca qazanxana tikməyə və radiatorlar sistemini, eyni zamanda yeni pəncərələr quraşdırmağa kömək etdi və uşaqları təhlükəsiz və isti tədris mühiti ilə təmin etdi.

Şərq-Qərb İdarəetmə İnstitutu tərəfindən İqtisadiyyat və Sənaye Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən USAID-in maliyyələşdirdiyi SEDA proqramı icmalarda sosial-iqtisadi inkişafı artırmaq üçün vətəndaşların, vətəndaş cəmiyyəti təşkilatlarının, habelə yerli və mərkəzi hökumət qurumlarının birgə iştirakını təşviq edir.

Bu günə kimi, proqram Azərbaycanın 46 icmasında 50 layihənin maliyyələşdirilməsinə 941,260 ABŞ dolları həcmində vəsait xərcləyib.

XS
SM
MD
LG