Accessibility links

Üsyançılar Qəzzafi tərəfdarlarının hücumunu dəf ediblər


Üsyançılar Qəzzafi tərəfdarlarının hücumunu dəf ediblər
Üsyançılar Qəzzafi tərəfdarlarının hücumunu dəf ediblər

Şahidlər deyirlər ki, Liviya təyyarələri neft yataqları ilə zəngin Breqa liman şəhərinə hava zərbələri endiriblər. Dünən üsyançılar Müəmmər Qəzzafiyə loyal qüvvələrin bu şəhərə hücumunu dəf etmişdilər.

Müxalifət qüvvələri Liviyanın şərqində müxalifətin nəzarəti altında olan şəhərə Qəzzafi tərəfdarlarının güclü quru və hava hücumlarını dəf ediblər. Şahidlər deyirlər ki, Qəzzafiyə loyal qüvvələr paytaxt Tripolidən 800 kilometr şərqdə Breqaya hücum edərək oradakı neft mədənlərini, aeroportu və limanı ələ keçirmişdilər. Lakin günortaya yaxın müxalifətçilər əks-hücuma keçərək Qəzzafinin dəstələrini şəhərdən çıxarıblar. Həkimlər döyüşlərdə azı 12 nəfərin öldüyünü xəbər verir.

XS
SM
MD
LG