Accessibility links

Özbəkistanda Amerikanın səsinin jurnalistinə qarşı böhtan atmaq ittihamı irəli sürülüb


Özbəkistanda Amerikanın səsinin jurnalistinə qarşı böhtan atmaq ittihamı irəli sürülüb
Özbəkistanda Amerikanın səsinin jurnalistinə qarşı böhtan atmaq ittihamı irəli sürülüb

Əbdülməlik Bobayevə qarşı həmçinin təhqir və ölkə sərhəddini qanunsuz keçmək ittihamları irəli sürülüb

Rəsmilər Özbəkistanda Amerikanın səsi üçün çalışan jurnalistə qarşı böhtan atmaq ittihamı irəli sürüb. Əbdülməlik Bobayevə qarşı həmçinin təhqir və ölkə sərhəddini qanunsuz keçmək ittihamları da irəli sürülüb. Rəsmilər onun pasportunu əlindən alıb ona paytaxt Daşkəndi tərk etməmək haqda xəbərdarlıq ediblər. Bobayev beş il həbs cəzasına məhkum edilə bilər. Bu ilin əvvəli Bobayev və başqa beş müstəqil jurnalist professional fəaliyyətləri ilə bağlı ifadə vermək üçün prokurorluğa çağırılıblar. İnsan haqları qrupları Özbəkistanın mətbuat azadlığının pozulduğu ən pis ölkələrdən biri kimi göstəririlər.

XS
SM
MD
LG