Accessibility links

Özbəkistanda Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçirilir


Özbəkistanda Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçirilir

Özbəkistanda Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçirilir

Qazaxıstan, Tacikistan və Qırğızıstan rəsmilərilə yanaşı, Rusiya prezidenti Dmitri Medvedevin də sammitə qatılacağı gözlənilir

Bu gün başlayan zirvə toplantısında iştirak etmək üçün regional liderlər Özbəkistanda bir araya gəlir. Çin prezidenti Hu Cintao iki günlük Şanxay Əməkdaşlıq Təşkilatı Summitində iştirak üçün paytaxt Daşkəndə dünən gedib.Çin lideri dünən Özbəkistan prezidenti İslam Kərimovla görüşüb. Çinin dövlət xəbər agentliyi bildirib ki, cənab Hu iki ölkə arasında enerji, texnologiya və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndiriləcəyini deyib. Qazaxıstan, Tacikistan və Qırğızıstandan olan rəsmilərlə yanaşı, Rusiya prezidenti Dmitri Medvedevin də sammitə qatılacağı gözlənilir. Altı dövlətlik təşkilata rəhbərlik Rusiya və Çinin iqtisadi əməkdaşlıq, Koreya yarımadası və Əfqanıstanda vəziyyəti gündəmə gətirəcəyi gözlənilir. İran, Pakistan, Monqolustan və Hindistan qrupda müşahidəçi statusuna malik olsa da, Kremldən bir mənbə İran prezidenti Mahmud Əhmədinejadın sammitə qatılmayacağını bildirib.

XS
SM
MD
LG