Accessibility links

Corc Vaşinqton Universitetində Mərkəzi Asiya Proqramı fəaliyyətə başlayıb


Corc Vaşinqton Universitetində Mərkəzi Asiya Proqramı fəaliyyətə başlayıb

Corc Vaşinqton Universitetində Mərkəzi Asiya Proqramı fəaliyyətə başlayıb

ABŞ paytaxtı Vaşinqton şəhərində yerləşən nüfuzlu Corc Vaşinqton Universitetdə yeni Mərkəzi Asiya Proqramı Fəaliyyətə başlayıb. Məlumatı Amerikanın səsinə proqramın direktoru Marlene Laruelle verib.

O bildirib ki, bitərəf təşəbbüs olan bu proqram Universitetin Elliott adına Beynəlxalq Əlaqələr məktəbində Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutu nəzdində fəaliyyətə başlayıb.

Mərkəzi Asiya Proqramı (CAP) adlanan təşəbbüsə Mərkəzi Asiyanın 5 post-Sovet ölkəsi (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan), o cümlədən Əfqanıstan, Azərbaycan, Sincan, Monqolustan daxildir.

Marlene Laruelle bildirib ki, proqramın məqsədi birgə layihələr və interaktiv vasitələrlə ABŞ, Avropa, Rusiya, Asiya və Mərkəzi Asiya arasında birgə fəaliyyətdir. Proqram aylıq semianrlar, yarım günlük forumlar və illik konfranslar təşkil etməyi planlaşdırır. Təşəbbüs çərçivəsində Mərkəzi Asiya Siyasəti və Mərkəzi Asiya Araşdırmaları dərgilərinin də dərc olunması nəzərdə tutulub.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG