Accessibility links

Vaşinqtonda Azərbaycana dair II İKT forumu (VİDEO)


Vaşinqtonda Azərbaycana dair II İKT forumu (VİDEO)

Vaşinqtonda Azərbaycana dair II İKT forumu (VİDEO)

Forumda Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da iştirak edib

Vaşinqtonda Ronald Reyqan Mərkəzində ABŞ-Azərbaycan informasiya və kommunikasiya texnologiyaları üzrə ikinci forum keçirilib.

İKT üzrə bir çox mütəxəssis və rəsmilərin qatıldığı forumda Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, ABŞ Dövlət Departamentinin beynəlxalq kommunikasiya siyasəti üzrə əlaqələndiricisi Filip Vevir, Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev, BMT-nin Sosial Məsələlər üzrə mütəxəssisi Aleksey Tixomirov və “Orbital” şirkətinin vitse-prezidenti Con Skot çıxış ediblər.

Forumu giriş sözü ilə açan Azərbaycan-ABŞ Ticarət Palatası idarə heyətinin həmsədri Ceyms Beyker daha sonra sözü nazir Əli Abbasova verib. Azərbaycanın Sovet ittifaqı dağılandan bəri iqtisadiyyatını müasirləşdirməyə çalışdığını dilə gətirən nazir İKT sahəsinin sürətlə inkişafının özəlləşdirmə, qanunların yaxşılaşdırılması və bazarın liberallaşdırılması ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, ölkədə xarici şirkətlərlə əməkdaşlıq üçün xüsusi proqram mövcuddur: “Biz Azərbaycanı informasiya xidmətləri sahəsində regional mərkəzə çevirmək istəyirik. Ölkədə ABŞ-ın HP, INTEL və s. tanınmış şirkətlərinin nümayəndəlikləri var”.

Ancaq nazirin sözlərinə görə, bugünki forumun da mərkəzi daha çox ABŞ şirkətini Azərbaycanda fəaliyyət üçün gözəl şəraitin olması barədə maarifləndirməkdir.

Vaşinqtonda Azərbaycana dair II İKT forumu (VİDEO)

Vaşinqtonda Azərbaycana dair II İKT forumu (VİDEO)

İKT-nin fundamental sahə olduğunu bildirən ABŞ Dövlət Departamentinin beynəlxalq kommunikasiya siyasəti üzrə əlaqələndiricisi Filip Vevir bir çox Amerika şirkətlərinin Azərbaycanın peyk sistemində iştirakının vacibliyini vurğulayıb. O, habelə ABŞ-la Azərbaycan arasında daha güclü əməkdaşlığın mümkünlüyünü xatırladıb.

Yaşar Əliyev forum iştirakçılarına bildirib ki, Azərbaycan peykinin qurulması haqqında ABŞ-ın “Orbital” şirkəti ilə əldə olunmuş razılıq nəticəsində Virciniya ştatında 1200 yeni iş yeri yaranıb.

Con Skot isə azərbaycanlı həmkarlarının işlərinə çox məsuliyyətli olduğunu auditoriyanın nəzərinə çatdırıb.

Daha sonra forum iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Amerikanın səsinə açıqlamasında nazir Əli Abbasov Vaşinqtona səfərinin məqsədləri barədə məlumat verib: “Bizim dünyanın aparıcı şirkətləri ilə birgə işləməyimiz çox vacibdir. ABŞ bu istiqamətdə aparıcı ölkədir. Bunun üçün də bizim səfərimizin məqsədi Amerika rəsmiləri ilə görüşüb əməkdaşlıq üçün həm siyasi, həm diplomatik mühit yaratmaqdır”.

Cənab Abbasov habelə görüşlərini ABŞ-ın Sakit Okean sahillərindəki şəhərlərində də davam etdirəcəyini bildirib.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG