Accessibility links

ABŞ-ın raketlərdən müdafiə planında Türkiyənin iştirakı müzakirə olunur


ABŞ-ın raketlərdən müdafiə planında Türkiyənin iştirakı müzakirə olunur

ABŞ-ın raketlərdən müdafiə planında Türkiyənin iştirakı müzakirə olunur

Vaşinqtonun Avropada raketlərdən müdafiə sistemi yerləşdirməsinə dair NATO üzvü kimi Türkiyənin mövqeyi son zamanlar müzakirələr mövzusuna çevrilib. ABŞ-la Türkiyə arasında məsələnin müzakirə edildiyi deyilir, lakin razılığa nə qədər yaxınlaşıldığı hələ bəlli deyil

Vaşinqtonun Avropada raketlərdən müdafiə sistemi yerləşdirməsinə dair NATO üzvü kimi Türkiyənin mövqeyi son zamanlar müzakirələr mövzusuna çevrilib. ABŞ-la Türkiyə arasında məsələnin müzakirə edildiyi deyilir, lakin razılığa nə qədər yaxınlaşıldığı hələ bəlli deyil. Amerikanın sabiq prezidenti Buş dönəmində Polşa və Çex respublikasında qurulacaq sistem Amerika və Avropa ölkələrinin nüvə təhlükəsliyinin təmin edilməsi məsədi daşıyırdı. Lakin ABŞ prezidenti Barak Obama bu qərarı dəyişdirərək, mütəffiqlərinə NATO çərçivəsində İrana qarşı bir sistem qurulmasını istədiyini bildirib. Bu təkliflə Türkiyənin də qapısı döyülüb. Lakin raketlərdən müdafiə sisteminə dair Türkiyənin narahatlıqları mövcuddur. Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin Türkiyə proqramının direktoru Bülent Əlirza hazırda müzakirələrin davam etdiyi və yaxın zamanda Türkiyənin mövqeyinin açıqlanacağını deyib.

Bəs Türkiyəni hansı məsələlər narahat edir? Bülent Əlirza bunu Türkiyənin genişmiqyaslı xarici siyasəti ilə izah edir.“Türkiyənin xarici siyasətində yeni prioritetləri var.Türkiyə qonşu ölkələrlə münasibətlər və bu ölkələrdə nüfuzunun artırılması kimi məsələlərə üstünlük verir. Əgər NATO soyuq müharibə dövründən qalma bir ittifaqa üstünlük verirsə, Türkiyə İranla əlaqələrini pozmaq istəmir .

NATO-nun baş katibi Anders Fog Rasmussen noyabr atında NATO-nun zirvə görüşündən əvvəl bir razılıq əldə ediləcəyini bəyan edib. Razlığın əldə ediləcəyi nə qədər realdır? Bülent Əlirzanın dediyinə görə, burada Türkiyənin tərəflər arasında konsensus əldə edilməsi səyləri bəlli olacaq.”Türkiyə Amerikaya, NATO-ya “yox” demək istəmir. İranla da münasibətlərini pozmaq istəmir. Buna görə də ortaq zəmin üçün Türkiyə balans yaratmalı olacaq. Təbii ki, bu, Türkiyə üçün asan olmayacaq.

Heç bir nəticə əldə edilməməsi Türkiyə-Amerika münasibətlərinə nə kimi təsir bağışlaya bilər? sualının cavabında Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin Türkiyə proqramının direktoru Bülent Alirza bunun həyati önəm daşımadığını deyib.”Obama adminisrasiyasının müxtəlif yollarla yanaşma üsulu hamıya məlumdur. Bu administrasiya Buş sistemini tamamilə dəyişib, yeni bir sistem yaratmağa çalışır. Amerika İrana qarşı yeni bir cəbhə yaradır. Embarqolarla İrana təzyiq göstərməyə çalışır. Türkiyə isə BMT-nin Təhlükəsizlik Şurasının qərarlarını qəbul edəcəyini söyləyir. Türkiyənin Təhlükəsizlik Şurasında İranla bağlı səsverməyə rədd cavabı və son zamanlar İsraillə yaşanan gərginliklər üzərinə digər problemlər də əlavə olunub. Həmişə çətin olan ABŞ-Türkiyə münasibətləri indi daha mürəkkəb bir dönəmə daxil olub.

XS
SM
MD
LG