Accessibility links

Vaşinqton avtomobil sərgisi - 2016 [Video]


Vaşinqton avtomobil sərgisi - 2016
please wait

No media source currently available

0:00 0:02:27 0:00

Hər il Vaşinqtonda keçirilən avtomobil sərgisi ictimaiyyətə qapılarını çərşənbə axşamı günü açıb. Dünyanın fərqli yerlərindən 30-a yaxın avtomobil istehsalçısı ən son modellərini bu sərgidə nümayiş etdirirlər.

Vaşinqtonda keçirilən avtomobil sərgisi ən yeni texnologiyanı, xüsusilə də ətraf-mühitə ən az zərər verən texnologiyanı nümayiş etdirir.

Neft qiymətlərinin düşməsi hibrid və ya elektrikli avtomobillərə marağı bir balaca azaldaraq avtomobil sərgisini daha çox avtomatlaşdırmaya yönəldib.

Avtomobil mühəndisliyi üzrə professor Zoran Filipi deyir ki, Mercedes S-class modelindəki texnologiya göstərir ki, dünya özünü idarə edən avtomobil erasının astanasındadır.

Zoran Filipi: “Avtomobil sürətini digər avtomobillərə nəzərən uyğunlaşdıracaq təkmilləşdirilmiş radar sistemi var ki, bu, tamamilə sizin sürmək, dayanıb-getmək səylərinizi azaldacaq. Beləliklə qəza halları azalacaq.”

Çox yaxın zamanda biz bu texnologiyaları bir çox modellərdə görəcəyik. Avtomobil istehsalçıları özünü idarə edən avtomobil üzərində araşdırmalarına davam edirlər.

Bununla yanaşı Filipi deyir ki, son 10 ildə yanacağı səmərəli işlədən avtomobillər daha da təkmilləşdirilib.

Zoran Filipi: “Bu daha çox təkmilləşdirilmiş mühərrik texnologiyası sayəsində əldə olunub. Turbo güc, mühərrikin yaxşı vəziyyətdə işləməsi üçün səkkiz, doqquz, on sürətə sahib modern transmissiyalar.”

Demək olar ki, bütün modellərdə monitor sürücünün smartfonuna və internetə bağlana bilir, naviqasiya, səsli əmrləri qəbul etmək, mesaj göndərmək və qəbul etmək xüsusiyyəti də var.

Zoran Filipi: “Beləliklə sən əvvəl işlətdiyin bütün applikasiyalardan istifadə edə bilərsən. Avtomobildə ehtiyacın olduğu hər şeydən. Bu, çox sadədir.”

Toyota kimi böyük şirkətlər deyir ki, onların elektrikli avtomobilləri bazara çıxmaq üçün hazırdır və sadəcə problem kifayət qədər adaptor stansiyalarının olmamasıdır.

Hibrid yanacaq-elektrik modellərini təklif edən digər şirkətlər deyir ki, evdə doldurma qiymətləri azaltmaqla yanaşı, şəhərlərdə adaptor stansiyaları getdikcə çoxalır.

Cənubi Koreya avtomobil istehsaçısı Hyundai hətta avtomobil batareyalarına ömürlük qarantiya təklif edir. Bu yolla şirkət hibrid modelləri daha cazibədar hala gətirməyi planlaşdırır.

XS
SM
MD
LG