Accessibility links

Azərbaycan prezidenti Vatikanın nadir mükafatı ilə təltif edilib


Prezident İlham Əliyevin Vatikanın “Medalla Sede Vacante” medalına layiq görülüb

Prezident İlham Əliyevin Vatikanın “Medalla Sede Vacante” medalına layiq görülüb

İlham Əliyevin Vatikan Müqəddəs Taxt-Tacının ən yüksək və nadir mükafatlarından olan “Medalla Sede Vacante” medalına layiq görülüb

Azərbaycan prezidenti İlham Əliyevin Vatikan Müqəddəs Taxt-Tacının ən yüksək və nadir mükafatlarından biri olan “Medalla Sede Vacante” medalına layiq görülüb

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, mükafat noyabrın 4-də prezident Əliyevə Azərbaycanda səfərdə olan Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti kardinal Canfranko Ravazi tərəfindən təqdim edilib. Canfranko Ravazi prezident Əliyevin Azərbaycan ilə Vatikan arasında əlaqələrin inkişaf etdirilməsində göstərdiyi xidmətlərə görə bu mükafata layiq görüldüyünü bildirib.

Öz növbəsində İlham Əliyev Azərbaycan ilə Vatikan arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Canfranko Ravazini Azərbaycanın ən yüksək mükafatlarından olan “Dostluq” ordeni ilə təltif edib.

Dövlət başçısı kardinal Ravazinin səfərinin uğurlu olacağına və Azərbaycan ilə Vatikan arasında əlaqələrin inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirib. İkitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayan Əliyev həyata keçirilən birgə layihələrin önəmini qeyd edib. Danışıqlarda Azərbaycan ilə bağlı sərgilərin Vatikan muzeylərində nümayişinə də toxunulub.
XS
SM
MD
LG