Accessibility links

Bakıda Ərdəbilli rəssamın fərdi sərgisi açılıb


Vədud Müəzzinin fərdi yaradıcılıq sərgisi

Vədud Müəzzinin fərdi yaradıcılıq sərgisi

Vədud Müəzzin 1960-cı ildə Ərdəbil şəhərində anadan olub

Noyabrın 22-də Bakıda Muzey Mərkəzinin Sərgi Qalereyasında Ərdəbilli rəssam Vədud Müəzzinin fərdi yaradıcılıq sərgisinin açılışı olub.

Vədud Müəzzin 1960-cı ildə Ərdəbil şəhərində anadan olub. 1980-ci ildə peşəkar rəssamlıq fəaliyyətinə başlayıb. O Art Dekor Fakültəsini və Türkiyənin Memar Sinən Universitetini bitirib. 1990-cı ildə Los Ancelesdə, 1992-ci ildə Fransada, 1995-ci ildə Kanadada fərdi sərgiləri keçirilib. Tehran, Təbriz, Rəşt, Ənzəli və Ərdəbildə təşkil edilmiş çoxsaylı fərdi və birgə sərgilərin iştirakçısıdır.

2002-ci ildə Bakıda Dövlət İncəsənət Muzeyində təşkil olunmuş fərdi sərgisində keçmiş prezident Heydər Əliyev iştirak edib, rəssamın yaradıcılığını yüksək dəyərləndirib.
Portret, məişət, mənzərə, natürmort və tarixi janrda, hiperrealizm üslubunda işlənmiş əsərlər onun yaradıcılığının əsas səciyyəvi xüsusiyyətini təşkil edir.

Sərgidə rəssamın rəngkarlıq, qrafika və monumental heykəltəraşlıq (fotolarda) sahəsində yaratdığı 120-dək əsər nümayiş etdiriləcək.

Rəssamlıq və heykəltəraşlıqdan başqa Vədud Müəzzin eyni zamanda gözəl səsə malik müğənni kimi də məşhurdur. "Sarı gəlin", "Misri", "Ana" və s. Azərbaycan xalq və aşıq mahnıları ilə yanaşı milli muğamlarımız da onun tərəfindən məharətlə ifa olunur.
XS
SM
MD
LG