Accessibility links

Venesuela və Nikaraqua Snoudenə sığınacaq təklif edib



Latın Amerikasının iki ölkəsi ABŞ kəşfiyyatı ilə müqavilə əsasında işləmiş Edvard Snoudenə sığınacaq təklif edib.

Amerika Birləşmiş Ştatları ABŞ-ın gizli nəzarət proqramlarının detallarını jurnalistlərə açıqladığı üçün Snoudenin ekstradisiyasına çalışır.

Venesuela prezidenti Nikola Maduro cümə günü Snoudeni Amerika Birləşmiş Ştatlarının "zülm"ündən qorumaq üçün ona "humanitar sığınacaq" təklif etmək haqda qərara gəldiyini bildirib.

Nikaraqua prezidenti Daniel Orteqa da cümə günü “şərait imkan verdiyi halda” Edvard Snoudeni siyasi sığınacaqla təmin edəcəyini deyib.

Edvard Snoudenin bu ölkələrdən birinə yollanmaq üçün təyyarəyə necə minə biləcəyi aydın deyil. Onun hələ də Moskvanın "Şeremetyevo" hava limanının tranzit zonasında olduğu və zonanı ABŞ pasportu ləğv olduğu üçün tərk edə bilmədiyi ehtimal edilir.

Edvard Snouden indiyə kimi iyirmidən çox ölkəyə siyasi sığınacaq verilməsi ilə bağlı müraciət edib və hələ ki yalnız onlardan rədd cavabı alıb.

Amerika Birləşmiş Ştatları Edvard Snoudeni ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin amerikalıların telefon zəngərini izlədiyi haqda məlumatı açıqladığı üçün axtarışa verib.

Milli Təhlükəsizlik Agentliyi əldə edilən məlumatların terror hücumlarının qarşısının alınmasına kömək etdiyini bildirib. ABŞ kəşfiyyatında müqavilə əsasında çalışmış Edvard Snouden isə bunu amerikalıların onların izlənildiyindən xəbərdar olmalı olduğuna inandığı üçün etdiyini iddia edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG