Accessibility links

Venesuela prezidenti ABŞ-ın yeni səfirinə etirazını bildirib


Venesuela prezidenti ABŞ-ın yeni səfirinə etirazını bildirib
Venesuela prezidenti ABŞ-ın yeni səfirinə etirazını bildirib

Venesuela prezidenti ABŞ-ın bu ölkədə səfiri vəzifəsinə nominasiya olunmuş diplomata etirazını bildirib. Hüqo Çaves bu gün televiziyada yayımlanan çıxışı zamanı deyib ki, Larri Palmer Karakası tənqid etdiyinə görə, diplomatın bu vəzifədə işə başlamasına imkan verilməyəcək. Palmer Venesuela ordusunda mənəviyyatın yüksək səviyyədə olmadığını deyib. Prezident Çaves xarici işlər naziri Nikoa Maduroya Palmer Venesuelaya daxil olmağa çalışsa, onu saxlamağı tapşırdığını deyib. Palmerin təyinatı ABŞ Senatında yaxın vaxtlarda təsdiq edilməlidir.

XS
SM
MD
LG