Accessibility links

K-1 vizası mübahisələrə səbəb olub


Kaliforniyanın San Bernardino şəhərindəki hücumun qadın şübhəlisi Amerikaya K-1 nişanlı vizası ilə daxil olub.

27 yaşlı Təşfin Pakistanda doğulub, boya-başa çatıb. Lakin daha sonra Səudiyyə Ərəbistanına köçən Təşfin gələcək həyat yoldaşı Seyid Fərruxla məhz orada görüşüb.

Fərruxun ailə vəkili Məhəmməd Abuerşaidin dediyinə görə, onlar onlayn tanışlıq xidməti vasitəsi ilə tanış olub.

Səudiyyə Ərəbistanında baş tutan yeganə görüş onların K-1 vizasına müraciət etməsinə kifayət edib. 6 aydan 1 ilədək sürən viza prosesindən sonra Təşfin Amerikaya gəlib.

Hazırda nişanlı vizası mübahisələrə yol açıb. Belə ki, K-1 vizası digərləri ilə müqayisədə daha asan əldə edilir.

“Gələcəkdə bu proqramın möhkəmləndirilməsi üçün islahatlar aparılacağı istisna edilmir”-deyə Ağ Evin sözçüsü Coş Ernest bildirib.

Mənim bildiyim qədər, indiyədək ABŞ-da insanları qətlə yetirən Yaxın Şərq vətəndaşları ya turist, ya tələbə, ya da mühacirət vizaları ilə ölkəyə daxil olub

​Mühacirət Mərkəzindən Devid Nort mühacirətin məhdudlaşdırılması meyllərinin artdığını deyir. Belə ki, ilk dəfə olaraq nişanlı vizası ilə ölkəyə daxi olan bir şəxs qətldə ittiham edilir.

“Mənim bildiyim qədər, indiyədək ABŞ-da insanları qətlə yetirən Yaxın Şərq vətəndaşları ya turist, ya tələbə, ya da mühacirət vizaları ilə ölkəyə daxil olub. K-1 vizası ilə baş verən son hadisə birincidir” deyə Nort bildirib.

Onun dediyinə görə K-1 vizasına müraciətlər çox nadir hallarda rədd edilir. 2014-cü ildə hər rədd edilən bir viza müraciəti qarşılığında 304 vizaya müsbət cavab verilib.

Corc Vaşinqton universitetinin ekstremizm proqramının direktor müavini Seamus Hüqsun dediyinə görə, Kaliforniya hadisəsi K-1 viza prosesinin mürəkkəbləşdirilməsi məsələsini gündəmə gətirib. “Mən şəxsən düşünürəm ki, vizasız proqram böyük hədə mənbəyidir"-deyə o bildirib.

Vizasız proqram 1980-ci illərdə yaradılıb. Bu proqram 30-u Avropa ölkəsi olmaqla, 38 ölkə vətəndaşına Amerikada 90 gün vizasız qalmaq icazəsi verir.

Mən şəxsən düşünürəm ki, vizasız proqram böyük hədə mənbəyidir

Hazırda nişanlı vizası mübahisələri Suriya qaçaınlarına sığınacaq verilməsi məsələsinə dair mübahisələrə əlavə edilir. Bəzi tənqidçilər Obama administrasiyasının qaçqın siyasətinin terrorçulara ölkəyə asanlıqla daxil olmaq imkanı yaradacağını deyir.

XS
SM
MD
LG