Accessibility links

ABŞ Azərbaycan vətəndaşları üçün viza qaydalarına dəyişiklik etməyib


ABŞ-da iranlılar üçün yeni viza siyasəti tətbiq edilib
ABŞ-da iranlılar üçün yeni viza siyasəti tətbiq edilib

ABŞ-ın Azərbaycan vətəndaşlarına aid viza ilə bağlı tələblərində heç bir dəyişiklik olmayıb.

Bunu bəzi saytlarda ABŞ prezidentinin Azərbaycan vətəndaşları üçün sərbəst viza rejimi təsdiq etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən ABŞ-ın Azərbaycandakı səfirliyi bəyan edib.

Viza qaydaları və prosedurları haqda məlumatları "www.travel.state.gov" və "azerbaijan.usembassy.gov" saytlarından əldə edə bilərsiniz.

Səfirlik Amerika Birləşmiş Ştatlarının prezidenti tərəfindən verilən sərəncamlarla bağlı son məlumatları "www.whitehouse.gov" saytından, viza qaydaları və prosedurları haqda məlumatları isə "www.travel.state.gov" və "azerbaijan.usembassy.gov" saytlarından əldə etməyin mümkün olduğunu diqqətə çatdırıb.

Ötən günlərdə saxta xəbər saytlarında Prezident Donald Trampın guya Azərbaycan vətəndaşlarına 180 günlük ABŞ-a sərbəst gediş-gəlişə icazə verən sərəncam imzaladığı haqda həqiqətə uyğun olmayan məlumat yayılmışdı.

Bir qayda olaraq ABŞ-ə səyahət etmək istəyən Azərbaycan vətəndaşlarından viza tələb olunur.

XS
SM
MD
LG