Accessibility links

Çen Quançenq qohumunun vəziyyətinə görə narahatlığını bildirib

  • Amerikanın səsi

Çinli fəal Çen Quançenq Amerikanın səsinə müsahibədə qohumuna görə narahatlığını bildirib. Qohumunun dəyənəklərlə döyüldüyünü bildirən Çen Quançenq mətbuat və ictimaiyyəti onun durumuna diqqət verməyə çağırıb.

Verilən məlumatlara görə, ev dustağı olan gözləri kor çinli fəalın qaçmasından sonra aprelin 27-də şəhər rəsmiləri onun qohumunun evində axtarış keçirib. Çen Quançenq qohumunun qəddarlıqla döyüldüyünü və sonra həbs edildiyini bildirib.

Yinan dairəsinin penitensiar xidmət orqanlarının rəisi Amerikanın səsinə hadisə ilə bağlı məlumatı olmadığını deyib. Çində icbari abort siyasətinə qarşı mübarizə aparan Çen Quançenq 2006-cı ildə dörd illik həbs cəzasına məhkum olmuşdu.

Aprelin 22-də ABŞ səfirliyinə qaçıb bir neçə gün orada qalana qədər 2010-cu ildən ev dustağı kimi saxlanıb. O, ABŞ və Çin rəsmiləri arasında onun təhlükəsiz yerdə qalıb təhsil ala bilməsinin təmin edilməsinə dair razılıq əldə edildikdən sonra Amerika səfirliyini tərk etmişdir.

Çin Birləşmiş Ştatların bu kimi hadisələrin təkrar olmasının qarşısını almaq üçün ölçülər götürməli olduğunu bildirib. Gözləri uşaqlıqdan kor oan çinli fəal hazırda Pekində xəstəxanada müalicə olunur.

XS
SM
MD
LG