Accessibility links

"Well Done" təşkilatı ucqar bölgələrə təmiz suyun çatdırılması ilə məşğuldu (video)

  • Amerikanın səsi

"Well Done" təşkilatı ucqar bölgələrə təmiz suyun çatdırılması ilə məşğuldu (video)

"Well Done" təşkilatı ucqar bölgələrə təmiz suyun çatdırılması ilə məşğuldu (video)

BMT Yer Kürəsində bütün insanlar üçün kifayət qədər təmiz suyun olduğunu bildirib. Lakin buna baxmayaraq, dünyada 1.6 milyard insan infrastrukturun kifayət qədər inkişaf etməməsi, qeyri-bərabər su bölümü və tullantıların düzgün mənbələrə çatdırılmamasına görə su qıtlığı problemi ilə qarşılaşır. Kaliforniya şirkəti qlobal su böhranı probleminin həlli ilə məşğul olur.

İşin əsas hissəsi Well Done təşkilatının San Fransisko şəhərində yerləşən baş qərərgahında aparılır. Dizaynerlər qlobal su qıtlığı barədə xəbəri yaymaq üçün loqolar yaradır və asan idarə ola bilən veb səhifələr hazırlayır. Məqsəd minlərlə ailəni içməli su ilə təmin etməyə yardım etməkdir.

"Well Done" təşkilatı ucqar bölgələrə təmiz suyun çatdırılması ilə məşğuldu (video)

"Well Done" təşkilatı ucqar bölgələrə təmiz suyun çatdırılması ilə məşğuldu (video)

Coş To təşkilata rəhbərlik edir. Coş To: “İnsanlar daim təhsilin, sanitariyanın , infrastrukturun, yolların, məktəblərin vacibliyindən bəhs edirlər. Amma təmiz su olmadıqda bu işlərin heç biri görülə bilməz.”

Mütəxəssislər bildirir ki, təmiz su bolluğu iqtisadiyyat və təhsil sahələrində inkişaf üçün böyük imkanlar yarada bilər. Xüsusilə də üçüncü dünya ölkələrində uzaq məsafədən təmiz su daşıyan qadınlar üçün.

Well Done təşkilatı səhra-altı Afrika və Cənubi Asiya ölkələrində tikinti layihələri həyata keçirirlər. Təşkilat ictimaiyyəti xəbərdar etmək və pul toplamaq kampaniyaları keçirir və sonra toplanmış vəsaiti uzaq regionlara su kəməri çəkən təşkilatlara ötürür.

"Well Done" təşkilatı ucqar bölgələrə təmiz suyun çatdırılması ilə məşğuldu (video)

"Well Done" təşkilatı ucqar bölgələrə təmiz suyun çatdırılması ilə məşğuldu (video)

ABŞ-da sudan çox istifadə edilən regionlarda qrup “Su üçün Su” adlı proqram yaradıb. Proqrama əsasan, istifadəçilər sudan istifadəni azaltmağa və su fakturalarında qənaət edilən məbləği Well Done təşkilatının təmiz su layihələrinə göndərməyə razılaşıb.

İnteraktiv texnologiyadan istifadə edərək Well Done təşkilatı “Gələcək Binalar” adlı yeni veb platforma yaratmağı planlaşdırır. Layihələrə sərf edilən məsrəfləri azaltmaq üçün Well Done təşkilatı və ortaq şirkətlər tikinti işinin əsas hissəsini bundan ən çox mənfəət götürən kəndlilərin görməsini istəyir.

Cim Yun layihənin rəhbəridir. To və Yun ilk dəfə kollecdə tanış olublar. Təhsillərini başa vurduqdan sonra onlar Kilsə missionerləri kimi çalışıblar. Onlar Qanada vəba xəstəliyindən əziyyət çəkən uşaqların həbləri qəbul edərkən həbləri çirkli su ilə içdiklərinin şahidi olduqlarını deyirlər.

Cim Yun: “Orada biz uşaqların xəstəliyinin ağırlaşmamasına çalışırdıq. Lakin bizim verdiyimiz həblərlə içdikləri su bəlkə də onların vəziyyətinin daha da ağırlaşmasına səbəb olurdu.”

Afrikada gördüklərindən ibrət götürən gənclər 2010-cu ildə Well Done təşkilatını yaratmaq üçün dost və ailə üzvlərindən kömək istəyiblər.

Hələ ki, təşkilat 10 min insanın vəziyyətinin yaxşılaşmasına gətirib çıxaran 75-dən çox təmiz su layihəsi həyata keçirib. Onlar bu il 300 təmiz su layihəsinin həyata keçiriləcəyinə ümid bəsləyir.

XS
SM
MD
LG