Accessibility links

Wikileaks Əfqanıstanla bağlı yüzlərlə sənəd açılqlayıb

  • Amerikanın səsi

Wikileaks Əfqanıstanla bağlı yüzlərlə sənəd açılqlayıb

Wikileaks Əfqanıstanla bağlı yüzlərlə sənəd açılqlayıb

Wikileaks Əfqanıstan hökumətinin bütün təbəqələrini korrupsiyalaşmış şəkildə qələmə verən yüzlərlə sənəd açılqlayıb. ABŞ-ın Kabildəki səfirliyinin hazırladığı sənədlərdə Əfqanıstan hökumətinin rüşvət, çirkli pulların yuyulması və narkotik maddə qaçaqmalçılığından mənfəət əldə etdiyi bildirilir. Sənədlərdə Əfqanıstan prezidenti Həmid Karzay zəif və bacarıqsız lider adlandırılır.Kənd Təsərrüfatı naziri Asif Rəhiminin nazirlər kabinetinin korrupsiya ilə əlaqəsi olmayan yeganə üzvü olduğu bildirilir.Diplomatik əlaqələrə dəyən ziyanları aradan qaıdrmağa çalışan ABŞ dövlət katibi Hillari Klinton deyib ki, Dövlət Departamentinin sənədlərinin ictimaiyyətə sızmasının Amerikanın diplomatiyasına təsiri olmayacaq.

XS
SM
MD
LG