Accessibility links

Wikileaks məxfi sənədlərin açıqlanmasını müdafiə edir


Wikileaks-in təsisçisi Culian Assanj
Wikileaks-in təsisçisi Culian Assanj

Wikileaks rəsmiləri İraq müharibəsi zamanı baş vermiş mülki vətəndaş itkiləri, məhbuslarla pis rəftar və iranın hərəkətləri barədə ABŞ hərbi qüvvələrinə məxsus 400,000 məxfi sənədi açıqlamasını müdafiə edirlər. Wikileaks -in banisi Culian Assanj deyir ki, sənədlər İraq müharibəsi haqda həqiqətləri göstərir. Londonda keçirilən mətbuat konfransında Assanj bildirib ki, döyüş meydanlarından göndərilən raportlarda heç bir fərdin və ya qrupun adı açıqlanmır. Bundan öncə ABŞ hərbi rəsmiləri açıqlamanı pisləyərək onun amerikalı əsgərlərin və iraqlı müttəfiqlərin həyatlarını təhlükə qarşısına qoyduğunu söyləmişdilər. Sənədlər göstərir ki, ABŞ-ın 2003-cü ildə İraqa hərbi müdaxiləsindən bəri 109,000 adam həlak olub ki, onların 60 faizini mülki vətəndaşlar təşkil edir. “İraq Cəsəd Sayı” adlı qrup ABŞ-ın rəsmi statistikasını rədd edərək əsl rəqəmin 80 faiz olduğunu deyir.

XS
SM
MD
LG