Accessibility links

Washington Diplomat qəzetində Azərbaycanın səfiri və xanımı haqda məqalə dərc edilib


ABŞ paytaxtında diplomatik nümayəndəliklərin fəaliyyətini işıqlandıran “The Washington Diplomat” qəzetində Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanov və onun xanımı Leyla Əbdürrəhimovanın Amerikada fəaliyyəti haqda məqalə dərc edilib.

Aylıq çıxan müstəqil qəzetin yeni nömrəsində “Diplomat ər-arvad ABŞ-ı yeni müstəqil ölkələrinə tanıdır” başlığı ilə dərc edilmiş məqalədə Azərbaycan haqda məlumatlar verilir. Məqalə müəllifi Geyil Skott (Gail Scott) səfir və onun xanımının Amerikada fəaliyyəti ilə yanaşı, iki diplomatın Amerikada həyatı haqda da yazıb.

Məqalədə Azərbaycan diplomatlarının iki ölkə arasında daha yaxın anlaşmanın yaranmasına şəxsi təcrübələrinə əsaslanaraq verdikləri töhfələrdən söz açılır. Müəllif yazır ki, Azərbaycan səfirini xanımı Lalə Əbdürrəhmanova özü diplomatik olsa da, hazırda diplomatik karyeradan daha çox ictimai fəaliyyətlə məşğuldur. Məqalədə deyilir ki, onun Vaşinqtonda yeni rolu 1991-ci ildə İttifaqının dağılmasından sonra müstəqil olmuş Azərbaycan və eyni zamanda, müasir Azərbaycan qadınının tanıdılması kimi bir missiyanın yerinə yetirilməsindən ibarətdir. Eyni zamanda, səfirin xanımı Elin Süleymanov Los Ancelesdə Azərbaycanın konsulu olan zaman onların Amerikada dünyaya gəlmiş qızı Əminə ilə indi daha çox vaxt keçirir.

Lalə Əbdürrəhimova dörd yaşlı Əminənin atası və anası ilə birlikdə etimadnaməni təqdim etmək üçün Ağ Evə getdiyi zaman prezident Obama ilə görüşünü qeyd edib. “Oval otağın qapısı açılanda və o, Obamanı görəndə çaşdı, sonra da sevinərək, onun qucağına atıldı. Prezident onunla Oval otaqda şəkil çəkdirdi. O xüsusilə üzərində prezidentin imzası olan M&M konfetlərinə çox sevindi. Sonra da prezidentin kostuyumunu bəyəndiyini dedi.”

Məqalədə Azərbaycan müstəqil olduqdan sonra ölkədə gedən iqtisadi inkişaf, Azərbaycan və Qərb arasında tərəfdaşlıq münasibətlərinə də yer ayrılıb. Müəllif Azərbaycanın enerji ehtiyatlarına görə bölgədə geo-siyasi rolunun artmasını qeyd edib. Lakin eyni zamanda, o, iqtisadi inkişafa və ABŞ-la yaxın münasibətlərə baxmayaraq, Azərbaycanda demokratik islahatların gedişi sahəsində vəziyyətin qənaətbəşx olmadığını yazıb. Məqalədə ölkənin siyasi sistemində hakim Yeni Azərbaycan Partiyasının tam dominantlığa malik olduğu və fərqli düşüncənin boğulduğu qeyd edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG