Accessibility links

Ümumdünya Səhiyyə Təşkilatı: Xərçəng xəstəliyi halları 57 % artacaq


Ümumdünya Səhiyyə Təşkilatının hesabatında xərçəng xəstəliyi hallarının gələn 20 il ərzində 57 faiz artacağı bildirilir.

Bunun “bəşəriyyət fəlakəti” olacağı deyilən hesabatda 14 milyon təşkil edən xərçəng xəstələrinin sayının 2014-cü ildən bağlayaraq hər il 22 milyona yüksələcəyi təxmin edilir. Bu xəstəlik səbəbi ilə ölənlərin sayı 8.2 milyondan 13 miyona qalxmalıdır.

Əhalinin yaşlanmaqda olan təbəqəsinin payına düşən xərçəng xəstəliyinin qarşısının alınması məqsədi ilə siqaret çəkməmək, spirtli içkilər və şəkərin istehlakını azaltmaq və daha çox müayinələr məsləhət görülür.

Hesabatda uşaqlıq boynu və ciyər xərçəngi kimi virus xərcənglərindən vaksinlər yolu ilə müdafiə tövsiyə edilir.

Hesabatda deyilir ki, səhiyyə siyasəti zəif və inkişaf etməkdə olan ölkələrdə vəziyyət daha acınacaqlı olacaq. Problem uzunömürlü insanların yaşadığı və sənayeləşmiş həyat tərzi yüksək olan ölkələrdə də müşahidə ediləcək.

Dünyada xərçəng xəstələrinin 60 faizi və xərçəng xəstəliyindən ölənlərin 70 faizi Afrika, Asiya, Mərkəzi və Cənubi Amerika ölkələrinin payına düşür.
XS
SM
MD
LG