Accessibility links

Uşaqlıq boynu xərçəngindən hər il 270 min qadın dünyasını dəyişir


Ümumdünya Səhiyyə Təşkilatı qadınlarda uşaqlıq boynu xərçənginin qarşısının alınmasının mümkün olduğunu bildirir.

Dünyada xərçəngin ən təhlükəli növlərindən olan bu xərçəngə mane olunması üçün 9-la 13 yaş arasında qızlara vaksin vurulması tövsiyə edilir.

Uşaqlıq boynu xərçəngindən hər il 270 min qadın dünyasını dəyişir. Onların 85 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür.

BMT-nin bildirdiyinə görə, hər il bu öldürücü virusa yarım milyon qadın yoluxur. Belə ki, bu xərçəng zöhrəvi xəstəlik hesab edilir.

Ümumdünya Səhiyyə Təşkilatının Produktiv Sağlamlıq şöbəsinin rəhbəri Marlin Temmermanın dediyinə görə, effektiv vaksinlər bu xəstəliyə mane ola bilər. O, seksual həyata başlamazdan əvvəl qızlara bu vaksinlərin vurulmasını məsləhət görür. “Ənənəvi olaraq qızlara 3 vaksin vurulurdu. Lakin son araşdırmlar iki inyeksiyanın kifayət etdiyini göstərib. Vaksinlər xəstəlik riski və məsrəfləri azaldır.”

HPV adlanan iynələr 140 dollar dəyərindədir. Bu, bir çox ölkədə insanların ödəyə bilmədiyi məbləğdir.

Ümumdünya Səhiyyə Təşkilatı 55 ölkədə qızlara bu vaksinlərin vurulduğunu bildirir.

Xərçəngə mane olunması üçün müxtəlif metodlar mövcuddur. Bunlardan biri hər 10 ildə müayinədən keçməkdir.

BMT-nin səhiyyə agentliyi dünyada bir milyon qadının uşaqlıq boynu xərçəngi ilə yaşadığını bildirir. Onların çoxunun müayinə və müalicədən məhrum olduğu deyilir.

Dr. Temmerman Şərqi və Cənubi Afrika ölkələrində səhiyyə sisteminin yararsızlığına baxmayaraq, bu xəstəlikdən müdafiə planları olduğunu deyir.

“Bu planlar hələ başlanğıc mərhələsindədir. HPV vaksinlərinin və təhlillərin effektivliyi önə çəkilir. Keniya kimi ölkələrdə mobil klinikalar fəsliyyətə başlayıb.”

Alimlər icmalar və qanunvericiləri xərçəngin bu təhlküləli növü ilə mübarizə səylərinin gücləndirilməsinə çağırır.

XS
SM
MD
LG