Accessibility links

Trampın müsəlman veteranın atası ilə mübahisəsi ABŞ-da seçki gündəmini tutub


Bazar ertəsi Ağ Ev uğrunda mübarizə gündəmində ən çox Respublikaçı namizəd Donald Tramp və 2004-cü ildə İraqda intiharçı bomba hücumu nəticəsində həlak olan müsəlman amerikalı əsgərin atası Xizr Xan arasında gedən söz döyüşü yer alıb.

Respublikaçıların əhəmiyyətli hissəsi Trampı təkcə müsəlmanlar deyil, qadınlar və hakimlər daxil olmalq bütün digər azlıqlarla bağlı alçaldıcı ifadələr işlətməməyə çağırırlar. O da bunu edir.
Xizr Xan

​Ötən cümə axşamı Demokratların qurultayında Xan Trampın müsəlmanların Amerikaya immiqrasiyasına qadağa tətbiq etmək təklifinə qarşı oğlunun xidmətindən bəhs edəndən bəri tərəflər arasında söz atışması davam edir. Dörd gündür davam edən bu mühahisənin başlanğıc nöqtəsi Xanın cibindən ABŞ Konstitutsiyasnının nüsxəsini çıxararaq, Trampı onu oxumağa çağırması olmuşdu.

Əslən Pakistandan olan Xızr Xan bazar ertəsi Amerikanın Səsinə verdiyi müsahibədə Trampla mübahisəsinin müsbət təsirlərinin olduğunu deyib.

“Respublikaçıların əhəmiyyətli hissəsi Trampı təkcə müsəlmanlar deyil, qadınlar və hakimlər daxil olmalq bütün digər azlıqlarla bağlı alçaldıcı ifadələr işlətməməyə çağırırlar. O, da bunu edir,” deyə Xan bildirib.

Bazar ertəsi Karson Sitidə çıxış edən Respublikaçılar partyasından vitse-prezidentliyə namizəd Mayk Pens Trampın şərhləri barədə suala cavab olaraq İraqda intiharçı bomba hücumu nəticəsində həlak olan Xanın oğlu Humayunu qəhrəman adlandırıb.

Xizr və Qazala Xan Amerikanın Səsinə müsahibələrində
Xizr və Qazala Xan Amerikanın Səsinə müsahibələrində

Trampın Demokrat rəqibi Hillari Klinton isə bazar ertəsi günü Nebraska ştatının Omaha şəhərində keçirilən seçki kampaniyası çıxışında Xan qalmaqalı ilə bağlı heç nə deməyib. Bunun əvəzinə o diqqəti iqtisadi məsələlərə yönəldib.

Yeni rəy sorğularının nəticələri göstərir ki, Demokratların qurultayından sonra Klintona dəstək Trampla müqayisədə daha çoxdur. CBS News-un keçirdiyi yeni sorğu nəticələri seçicilərin 46-39 səs fərqi ilə Klintona üstünlük verdiyini göstərir. CNN-in keçirdiyi rəy sorğularında isə bu səs nisbəti 52-43 təşkil edir.

İyul ayının ortalarında Respublikaçıların qurultayından dərhal sonra Tramp qısa bir müddətə Klintondan daha çox dəstəyə sahib idi.

XS
SM
MD
LG