Accessibility links

Keçmiş baş nazir Çin və Cənubi Koreyaya qarşı daha sərt mövqe nümayiş etdirməyin tərəfdarıdır

Yaponiyanın Çinə qarşı sərt mövqe tutmasına çağıran və kəskin çıxışları ilə tanınan keçmiş baş naziri Şinzo Abe müxalifət Liberal Demokrat Partiyasının rəhbəri seçilib.

Çərşənbə günü keçirilən seçkilərdə keçmiş müdafiə nazirinə qalib gələn Cənab Abe sorğuların da təsdiqlədiyi kimi LDP növbəti seçkilərdə qalib gəlsə, o, Yaponiyanı idarə etmək şansı əldə edəcək.

Tokioya qarşı ərazi iddiaları olan Çin və Cənubi Koreyaya qarşı mühafizəkar lider sərt müvqe tutub.

2007-ci ildə o, səhhət problemlərinə görə baş nazir vəzifəsindən istefa vermişdi.

Yaponiya Xarici İşlər Nazirliyinin keçmiş mətbuat katibi Tomohiko Taniguçi "Amerikanın səsi"nə Abenin səhhətinin yaxşı olduğunu bildirib.
XS
SM
MD
LG