Accessibility links

Yaponiya təyyarələri ötən il rekord müdafiə missiyaları həyata keçirib


Yaponiya təyyarələri ötən il rekord müdafiə missiyaları həyata keçirib
Yaponiya təyyarələri ötən il rekord müdafiə missiyaları həyata keçirib

Yaponiyanın Müdafiə Nazirliyi son 15 ildə ən çox ötən il xarici təyyarələrin ölkə ərazisinə daxil olmasının qarşısını alıb.

Nazirlik deyib ki, mart ayının 30-u sona çatan birinici kvartalda uçuş missiyalarının üçdə ikisi ölkəyə yaxınlaşan Rusiya təyyarələrinə qarşı həyata keçirilib. Bu rəqəm bir il əvvəlkindən 30 faiz yüksəkdir.

Nazirlik 386 uçuş missiyasının 96-sının Çin təyyarələrinə görə həyata keçirdiyini bildirib. Bu, ötən ildəki rəqəmlərdən iki dəfə çoxdur. 2009-cu ildə Şimali Koreya təyyarələrinə görə 12 uçuş missiyası həyata keçirilib, ötən il isə bu rəqəm 0 olub.

NHK dövlət televiziyası bu gün Müdafiə Nazirliyinə istinadən Rusiya təyyarələrinin kəşfiyyat əməliyyatlarının sayının artdığını əks etdirdiyini deyib. Şəbəkə Çinin də təkmilləşdirilmiş təyyarələrdən istifadə edərək kəşfiyyat əməliyyatlarını gücləndirdiyini bildirib.

XS
SM
MD
LG