Accessibility links

Yaponiyanın radiasiya məsələləri üzrə müşaviri istefa verib


Yaponiyanın radiasiya məsələləri üzrə müşaviri istefa verib

Yaponiyanın radiasiya məsələləri üzrə müşaviri istefa verib

Yaponiyanın radiasiya məsələləri üzrə müşaviri hökumətin Fukuşima AES-dakı qəzaya lazımi cavab vermədiyinə etiraz edərək istefa verib. Tokio universitetinin radiasiya eksperti Toşiso Losako deyib ki, nüvə obyekti yaxınlığındakı məktəblərin radiasiyaya məruz qalmaması üçün hökumət məhdud işlər görür. O, bir alim kimi bunu qəbul edə bilmədiyini deyib. Kosako bu vəzifətə Yaponiyanın baş naziri Naoto Kan tərəfindən təyin edilib.Rəy sorğularına görə, yapon ictimaiyyəti Kanın fəlakətdən sonrakı fəaliyyətlərindən narazıdır. Respondentlərin 4-də 3 hissəsi baş nazirin işindən narahatlığını bildirib. Bu arada, Yaponiya parlamentinin aşağı palatası yenidənqruma işləri üçün 48 milyard dollarlıq vəsait ayrılması qərarını təsdiq edib. Yuxarı palatanın sənədi bazar ertəsi təsdiq edəcəyi gözlənilir.

XS
SM
MD
LG