Accessibility links

Meşə massivində yanğın


yanğın
yanğın

Yanğının yayılmasının qarşısı alınıb, söndürülmə işlər aparılır

Lənkəran rayonu (Bakıdan 268 kilometr cənub), Hirkan Milli Parkının dağlıq ərazidə, meşə zolağında 5 hektar sahədə yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsi, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və şəxsi heyəti cəlb edilib.

Mətbuat xidməti həmçinin Lerik rayonu (Bakıdan 305 kilometr cənub), Piran kəndində (rayon mərkəzindən 35 km aralı) dağlıq ərazidə, meşə zolağında 20 hektar sahədə yanğının söndürülməsi də davam etdirilir. Yanğınların yanğının söndürülməsində meşə təsərrüfatı əməkdaşları və yerli əhali də iştirak edir.

Hazırda hər iki sahədə yanğının qarşısı alınıb, söndürülməsi üzrə işlər davam etdirilir.

Hər iki sahədə yanğınlar vir neçə gündür davam edir.

XS
SM
MD
LG