Accessibility links

Yəməndə Əl-Qaidə yaraqlıları hərbi bazanı ələ keçirib


Yəməndə Əl-Qaidə yaraqlıları Mukalla şəhərindəki hərbi bazanı ələ keçirib. Bir gün əvvəl onlar həbsxanaya hücum edərək, 1-i Əl-Qaidə üzvü olmaqla, 300 məhbusu azad edib.

Ölkənin şərqində isə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri hutilərin irəliləməsinə mane olmaq məqsədi ilə döyüşçülərə havadan silah çatdırır.

Prezident Əbd-Rabbu Mənsur Hadinin tərəfdarları Ədən şəhərində huti yaraqlıları ilə küçə döyüşləri aparır. Koalisya qüvələri şəhərə havadan zərbə endirib. Nəticədə 10 üsyançı həlak olub.

Şəhərdəki prezident sarayı üsyançılar tərəfindən zəbt edilib.

Ölkə prezidenti Əbd-Rəbbi Mənsur Hadi huti döyüşçülərinin cənubdan hücumlara keçdikləri vaxt Ədən şəhərindəki iqamətgahından qaçıb.

Pakistan 200-ə yaxın vətəndaşını Yəməndən evakuasiya edib.

Pakistanın baş naziri Nəvaz Şərif Türkiyədə Yəmən böhranının həlli yollarını müzakirə edib.

Türkiyənin baş naziri Əhməd Davutoğlu ilə Ankara görüşündən sonra tərəflər Yəməni münaqişəni dinc yolla həll etməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG