Accessibility links

Yəməndə huti üsyançıları 5 günlük atəşkəsi qəbul edib


Yəməndə huti üsyançıları humanitar məqsədlə 5 günlük atəşkəsi qəbul edib. Atəşkəs çərşənbə axşamı günü qüvvəyə minməlidir.

Qrupun bəyanatı Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələrinin sabiq prezident Əli Abdulla Salehin iqamətgahını bombalamasından sonra səslənib.

Salehin evdə olmadığı təxmin edilir. Televiziya ilə hadisədən sonra onun evinin dağıntıları yanında durduğu nümayiş etdirilib.

Mart ayından bəri Yəməndə aparılan döyüşlər yüzlərlə mülki vətəndaşın tələfatına səbəb olub. Münaqişə ölkədə böyük humanitar böhran yaradıb.

ABŞ dövlət katibi hutilərin tərəfdarlarını atəşkəsi qəbul etməyə çağırıb.

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG