Accessibility links

Yəməndəki məsciddə namaz zamanı iki intiharçı hücumu olub


Yəmənin paytaxtındakı məsciddə Qurban Bayramının başlaması münasibətilə qılınan namaz zamanı iki intiharçı hücumu 25 nəfərin ölümünə səbəb olub.

Partlayışlar bir il əvvəl Səna şəhərinə nəzarəti ələ alan şiə Huti qrupunun məscidində törədilib.

Hücumlara görə məsuliyyəti hələlik heç kəs öz üzərinə götürməyib.

Hücum hökumət tərəfdarı qüvvələr Səudiyyə Ərəbistanının hava hücumlarının köməyi ilə Huti üsyançılarını Ədən şəhərindən çıxardıqdan sonra sürgündə olan prezident Əbdü Rabu Mansur Hadinin ölkəyə qayıtmasından iki gün sonraya təsadüf edir.

XS
SM
MD
LG