Accessibility links

Polisın Yəmən paytaxtında keçirilən nümayişlər zamanı bir qrup şiəyə atəş açması nəticəsində azı dörd nəfər ölüb, beş nəfər yaralanıb. Polisin nümayişçilərin baş nazirin Sənadakı ofisinə hücum etmək istədiyi vaxt atəş açmağa başladığı bildirilir.

Atəş açmazdan əvvəl polisin bir neçə həftədir hökumətin istefası və yanacaq üçün subsidiyaları bərpa etmək tələbləri ilə nümyişlər keçirən kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etdiyi deyilir.

Prezident Abid Rabbo Mənsurun keçən həftə kabineti buraxmasına baxmayaraq nümayişlər davam edir.

XS
SM
MD
LG