Accessibility links


Yəmən rəsmiləri ölkənin Əl-Qaidənin cənubunda iki şəhərə və yaxınlıqdakı neft və qaz yataqlarına hücum cəhdinin qarşısını aldıqlarını bildirib. Rəsmilər yataqlarda xarici işçilərin oğurlanması və qətlə yetirilməsinin planlaşdırıldığını deyiblər.

Hücum cəhdinin qarşısı Birləşmiş Ştatların Yəməndə Əl-Qaidənin yeddi üzvünün qətlə yetirildiyi məsafədən idarə edilən təyyarə hücumu keçirdiyi vaxt alınıb.

Yəmənin baş nazirinin sözçüsü Raceh Badi deyib ki, plana görə Yəmən ordusu əsgərlərinin formasını geymiş Əl-Qaidə üzvlərinin Mukalla və Geyl Bavazir şəhərlərinə hücumu nəzərdə tutulurdu.

O deyib ki, əməliyyat zamanı Mukalla regionunda Kanadaya məxsus Muna Əl-Dhaba neft terminalı və Geyl Bavazir yaxınlığında başqa bir obyektə nəzarətin ələ keçirilməsi, eyni zamanda yaraqlıların başqa qrupunun isə Yəmənin neft ixracatını təhlükə altına qoyaraq, neft kəmərlərini partlatması planlaşdırılmışdı.

ABŞ keçən həftə potensial hücumla bağlı xəbərdarlığından sonra Yaxın Şərq və Afrika ölkələrində diplomatik missiyalarını bağlayıb.
XS
SM
MD
LG