Accessibility links

Yeni Hollivud Filmləri: “Ghost Rider: Spirit of Vengeance” (video)


Yeni Hollivud Filmləri: “Ghost Rider: Spirit of Vengeance” (video)
Yeni Hollivud Filmləri: “Ghost Rider: Spirit of Vengeance” (video)

“Ghost Rider: Spirit of Vengeance” filmində Nikolas Keyc yenidən Coni Bleyz rolunda çəkilib. Neveldin Markın çəkdiyi bu yeni filmdə şeytanın tilsiminə düşən Coni üzərinə yağdırılan lənətlərdən yaxa qurtarmağa çalışır. Lakin Coni üsyançıların rəhbəri ilə əlbir olaraq, hər şeyi itirə bilmək riski qarşısında qalır. O, yeniyetmə uşağın həyatını şeytanın əlindən qurtarmaqla şeytanın lənətindən yaxa qurtaracağına inanır.

Filmin yeni seriyasında aktrisa Eva Mendes çəkilməyib. Filmin çəkilişi Rumıniyanın Buxarest və Türkiyənin Kappadokiya şəhərlərində aparılıb.

Film Set Hofmen və Deyvid Qoyerin ssenarisinə əsasən çəkilib. Baş rollarda Violanti Plasido, İdris Elba, Kristofer Lambert və Coni Vidvort çəkilib.

XS
SM
MD
LG