Accessibility links

Yeni Hollivud Filmləri: The Adjustment Bureau (video)


Yeni Hollivud Filmləri: The Adjustment Bureau (video)
Yeni Hollivud Filmləri: The Adjustment Bureau (video)

Deyvidin Eliza adlı rəqqasə ilə tanışlığı taleyin planını pozur

Rejissor Corc Nolfinin ssenariləşdirdiyi və çəkdiyi `The Adjustment Bureau` filmi Filip Kindred Dikin `Adjustment Team` hekayəsinə əsasən lentə alınıb. Baş rollarda Mət Deymonla Emili Blant çəkiliblər. Filmdə eyni zamanda tanınmış aktyorlardan Antoni Məki, Terens Stemp, və Cın Slateri də iştirak edirlər.

`The Adjustment Bureau`


Deyvid Norris Birləşmiş Ştatlarda Senatorluğa namizəd siyasətçidir. 2006-cı ildə o, seçkiləri uduzur, və otelin ayaqyolunda təslim çıxışına məşq edərkən orada gizlənən və onu daha orijinal və səmimi olmağa həvəsləndirən Eliza adlı bir qadınla rastlaşır.

Yeni Hollivud Filmləri: The Adjustment Bureau (video)
Yeni Hollivud Filmləri: The Adjustment Bureau (video)

Qadının məsləhəti ona uğur gətirir. Üç il sonra Deyvid həmin qadınla yenidən rastlaşmağa çalışır. Deyvid Elizaya vurulduğunu anlayan zaman naməlum insanlar onları ayırmaq üçün sövdələşirlər.

Deyvid bu insanların Uyğunlaşdırma Bürosunun agentləri olduğunu öyrənir.

Deyvid ya onun üçün nəzərdə tutulmuş yolu seçərək sevdiyi qadından üz döndərməli, ya da agentliyin planını rədd edərək sevdiyi qadına qovuşmalıdır.

Filmin orijınal səhifəsi: http://www.theadjustmentbureau.com/


XS
SM
MD
LG