Accessibility links

Yeni Hollivud Filmləri: The Conspirator (video)


Yeni Hollivud Filmləri: The Conspirator (video)

Yeni Hollivud Filmləri: The Conspirator (video)

Film sabiq ABŞ prezident Abraham Linkolnun qətlə yetirilməsinə həsr olunub

Bir çox amerikalı ABŞ prezidenti Abraham Linkolnun Con Vilks But tərəfindən qətlə yetirildiyini bilir. Amma onlar yəqin ki, Butun əslində mürəkkəb konspirasiyanın bir hissəsi olduğunu bilmirlər. But hadisədən on iki gün sonra rəsmilər tərəfindən ələ keçirilərək öldürülür. Konspirasiyada şübhəli bilinən səkkiz nəfərdən dördü edam edilir, başqa dörd nəfər isə həbs edilir. Rejissor Robert Redfordun çəkilən yeni film Birləşmiş Ştatlar tarixində mühüm hadisələrdən birini işıqlandırır.

1865-ci il aprel ayının 14-ü Prezident Abraham Linkoln paytaxt Vaşınqtonda Ford`s Teatrında tamaşa izləyərkən güllə ilə vurulur. O bir az sonra vəfat edir, və ABŞ xaosa qərq olur. Qatil amerikalı aktyor Con Vilks Butdur. Bir çox amerikalı Butun hadisəni tək törətdiyini düşünür. Lakin əslində onunla bərabər konspirasiyada iştirak edən başqa səkkiz nəfər tək prezident deyil, vitse-prezident və dövlət katibini də qətlə yetirməyi nəzərdə tutmuşlar. İndi, Robert Redfordun çəkdiyi `The Conspirator` adlı yeni film qaçmağa nail olmuş konspiratorlardan birinin anası Meri Suratın hərbi məhkəməsini işıqlandırır.

Yeni Hollivud Filmləri: The Conspirator (video)

Yeni Hollivud Filmləri: The Conspirator (video)

Onun məhkəməyə çağırılmasında səbəb oğlu Corc Suratın müntəzəm şəkildə konspirator həmkarları ilə keçirdiyi görüşün onun evində olması idi. Fredrik Aiken vaxtı ilə cənublularla mübarizə aparan şimal ordusunda xidmət etmiş vəkildir. İlkin olaraq o, Suratı müdafiə etmək istəyir. Ona görə ki, o cənubludur. Amma Aiken, məhkəmənin ədalətli keçməyəcəyindən ehtiyat edir və fikrini dəyişir. Aiken qadına kömək etmək üçün bir yol görür; onun oğlunu tapmaq. Film Suratla onun vəkili arasında münasibətlərdən bəhs edir. Lakin burada başqa hekayə də var. Oğlunu xilas etmək üçün əlindən gələni edən ana hekayəsi. Filmin premyerası bu yaxınlarda prezident Linkoln qətlə yetirilən teatrda nümayiş etdirilmişdi.

Shoubiz proqramı `Ashton Kutcherla Demi Moore` və `The Conspirator` filmi:

XS
SM
MD
LG