Accessibility links

Prezidentliyə namizədlər yeni iş yerləri yaratmağı vəd edir [Video]


ABŞ prezidentliyinə namizədlər seçkiyə üç ay qalmış kampaniyada diqqəti iqtisadiyyata yönəldir. Miçiqan ştatının Detroyt şəhərində çıxış edən prezidentliyə Respublikaçı namizəd Donald Tramp yeni qaydaları dayandıraraq və korporativ vergiləri azaldaraq ABŞ iqtisadiyyatını dirçəldəcəyiin deyib. Onun Demorkat rəqibi Hillari Klinton isə Floridanın Sent-Pitersburq şəhərində yeni iş yerləri yaratmaq və ali təhsil almaq imkanından hamının istifadə edə bilməsilə bağlı planlarını açıqlayıb.

Mən gəlir vergisi azaltmağı təklif edirəm, əasasən də orta gəlirli insanlar üçün. Bu, milyonlarla yeni yaxşı maaşlı iş yerlərinin açılmasına səbəb olacaq.

Tramp Detroyt İqtisadi Klubunda toplaşan auditoriyaya bildirib ki, onun “Öncə Amerika” planının əsas məqsədi ilk olaraq böhran içində olan şəhərləri və daha sona ölkənin digər hissələrini durğunluqdan çıxarmaqdan ibarətdir. O daha geniş seçici kütləsinin diqqətini cəlb etmək üçün əksər amerikalıların vergilərini azaltmağa və kiçikyaşlı uşaqlara xidmətlərlə bağlı xərcləri vergidən azad etməyə söz verib.

“Mən gəlir vergisi azaltmağı təklif edirəm, əasasən də orta gəlirli insanlar üçün. Bu, milyonlarla yeni yaxşı maaşlı iş yerlərinin açılmasına səbəb olacaq. Zənginlər öz vergi paylarını ödəyəcək, amma heç kəs iş yerlərinin azalmasına gətirib çıxaran və ya bizim ölkə olaraq rəqabət aparmaq imkanlarımıza zərər vuracaq yüksək vergilər ödəməyəcək,” deyə Tramp bildirib.

Tramp Klintonun Demokratların iş yerləri və bizneslərin xaricə köçürülməsi və vergilərin artırılması kimi uzun zamandır etdiklərini davam edəcəyini deyib.

“Biz şirkətləri Amerikada məhsul istehsal etdiklərinə görə cəzalandırırıq, amma istehsalı xaricə köçürürlərsə, mallarını pulsuz Amerikaya idxal etmələrinə icazə veririk,” deyə o əlavə edib.

Hillari Klinton

Hillari Klinton

Klintonun Floridadakı çıxışının da diqqət mərkəzində yeni yaxşı maaşlı iş yerlərinin açılması məsələsi olub.

“Mən artan gəlirlli yeni iş yerlərinin açılmaaına kömək edən şəxs olmaq istəyirəm və vəzifədəki ilk 100 günüm içərisində hər iki partiya ilə birgə əməkdaşlıq edəcəm ki, biz İkinci Dünya Müharibəsindən bəri yeni iş yerlərinə ən böyük vəsaitlər sərf edə bilək," deyə xanım Klinton bildirib.

Klinton yeni iş yerlərinin əsasən istehsal və infrastruktur, eyni zamanda da təmiz enerji, texnologiya və innovasiya sahələrində olacağını deyib. O həmçinin gənclərin tələbə borclarını ödəmələrini və yeni biznes aça bilmələrini rahatlaşdıracağını vəd edib.

Əgər siz biznes açmaq istəyirsinizsə, biz sizin tələbə borclarına moratorium tətbiq edəcəyik ki, siz biznesiniə başlamaq üçün kredit ala biləsiniz.

“Əgər siz biznes açmaq istəyirsinizsə, biz sizin tələbə borclarına moratorium tətbiq edəcəyik ki, siz biznesiniə başlamaq üçün kredit ala biləsiniz,” Klinton deyib.

Bundan əlavə, Klinton Trampı yeni ideyalar irəli sürməməkdə günahlandırıb. O, Trampın planının böyük şirkətlərin və zəngin insanların vergi öhdəliklərini azaldacağını və bu strategiyanın əvvəllər Respublikaçılar tərəfindən iqtisadiyyata təkan vermək vədi ilə tətbiq edildiyində nəticə vermədiyini deyib.

Tramp bir həftə davam edən qalmaqallara görə ona dəstəyin azalmasından sonra aqressiv bir şəkildə rəy sorğularında Klintona yetişməyə çalışır.

XS
SM
MD
LG