Accessibility links

Yeni Zelandiyada meşə yanğını baş verib


Yanğınsöndürənlər Yeni Zelandiyanın ikinci ən böyük şəhəri yaxınlığında 11 evin yanmasına və yüzlərlə insanın evakuasiyasına səbəb olan meşə yanğınını söndürməyə çalışırlar.

Yanğın Port Hills şəhərinin yaxınlığındakı Kraystçörçdə 1800 hektar əraziyə yayılıb.

Yanğını qurudan 130 yanğınsöndürən havadan isə 14 helikopter və üç təyyarə söndürməyə çalışırdı. Yeni Zelandiya ordusu su tankerləri və avadanlıqlar, eləcə də yanğınsöndürən və digər personalla təmin etmək üçün əraziyə səfərbər olunub.

Çərşənbə axşamı bir helikopter pilotu olan əsgər yanğını söndürməyə çalışarkən dünyasını dəyişib.

Kraystçörçdə fövqəladə vəziyyət elan olunub.

Rəsmilər deyir ki, region cənub yarımkürəsi yayı səbəbilə son üç ildir heç görünmədiyi qədər quru olub, təpəliklərdəki otlar isə saralıb.

XS
SM
MD
LG