Accessibility links

Yunanıstanda ölkənini müqəddəratını həll edə biləcək seçkilər keçirilib

  • Amerikanın səsi

17 üzvlü avrozonaya daxil olan Yunanıstanda ölkənini müqəddəratını həll edə biləcək seçkilər keçirilib. Mühafizəkar Yeni Demokratiya və solçu radikal partiyalar sərt iqtisadi şəraiti aradan qaldıracaq bir hökumət təşkil edəcəklərinə vəd veriblər. İlkin nəticələrə görə mühafizəkarlar 29.5, solçular isə 27.1 faiz səs toplayıb.

Yeni Demokratiya partiyasının sədri Antonis Samara rəqibi, solçu Aleksis Tsiprası Yunanıstanı daha ağır duruma sala biləcək siyasətinə görə tənqid edir. Suriza partiyasının lideri Tsipras yeni iqtisadi planların tamamilə ləğv edilməsini istəyir.

Təhlilçilərin fikrincə, solçular seçkilərdə qalib gəlsə, Yunanıstan avrozonanı tərk etməli olacaq. Bu, baş vertsə köhnə draxma valyutası bərpa ediləcək. Valyutanın dəyəri avro qarşısında 65 faiz aşağı olacaq.

Yunanıstanın müvəqqəti baş naziri Panagiotis Pikrammenos yeni hökumətin təşkilinə dair ümdilərini dilə gətirib.

Rəy sorğularına görə, bu partiyaların heç bir əksəsriyyət əldə edə bilməyəcək və gələcək seçkilərə yol verməmək üçün koalisya hökuməti yaradılacaq.

XS
SM
MD
LG