Accessibility links

Zaur Qurbanlının anası: "Zaura təcili qan köçürülməlidir" [Audio - Müsahibə]


Səkinə Qurbanova, gənc fəal Zaur Qurbanlının anası

Səkinə Qurbanova, gənc fəal Zaur Qurbanlının anası

Səkinə Qurbanova deyir ki, indiyədək Zaur səhhətindəki problemlərin ictimailəşməsinə icazə verməyib

"Zaur Qurbanlı anadan gəlmə β (Beta) talassemiya xəstəsidir. Bu xəstəliyin necə dəhşətli xəstəlik olduğunu hamı bilir". Bu sözləri Amerikanın Səsinə (www.amerikaninsesi.org) müsahibəsində N!DA Vətəndaş Hərəkatının fəal üzvü, hazırda həbsdə olan Zaur Qurbanlının anası Səkinə Qurbanova deyib. Onun sözlərinə görə, irsi qan xəstəliyi olan talassemiyaya görə Zaur yanvar ayınadək mütəmadi qan alıb. "Yanvar ayından bəri qan almadığına görə onun xəstəliyi fəsad verir. Böyrək çatışmazlığı, asmatik tutmalar və s. xəstəliyin fəsadlarıdır. Zaur bir gündə 25-30 dəfə sidiyə gedir. Biz şikayət verdikdən sonra kamerada həkim onu müayinədən keçirib və məlum olub ki, Zaurun dalağı da şişib," - deyə Səkinə Qurbanova bildirir.


Onunla telefonla danışanda, o, hətta mənimlə danışa bilmədi və dedi ki, ana ayaq üstə dayana bilmirəm. Bu məni çox sarsıtdı. Onun səhhətinə görə çox qorxuram.
Oğlunu çox böyük təhlükə gözlədiyini dilə gətirən Səkinə xanım Zaurun təcili xəstəxanaya yerləşdirilməsini və ya onun problemlərini adadan qaldırmaq üçün ən azından ev dustaqlığına buraxılmasını tələb edib: "Zaura birinci növbədə qan köçürülməlidir. Daha sonra onun böyrəyi, dalağı və ciyəri müalicə olunmalıdır. Srağagün onunla telefonla danışanda, o, hətta mənimlə danışa bilmədi və dedi ki, ana ayaq üstə dayana bilmirəm. Bu məni çox sarsıtdı. Onun səhhətinə görə çox qorxuram".

Gənc fəalın xəstə olması məsələsini indi qaldırdıqlarını xatırladan anası Səkinə xanım deyir ki, Zaur onlara bu məsələ barədə danışmağa icazə verməyib. "O, bunu heç kəsin bilməsini istəmirdi. Deyirdi ki, o biri uşaqlardan artıq deyiləm ki! "Mən də onlarla bərabər axıra kimi yatmalıyam". Sonra mən gördüm ki, onun xəstəliyi fəsad verir, onun özündən icazəsiz bu barədə vəkilinə məlumat verdim" - deyə Zaur Qurbanlının anası Amerikanın Səsinə bildirib.

Zaurun həbsini pisləyən Səkinə Qurbanova oğlunun siyasi baxışlarına görə həbs olunduğunu deyib.
  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG