Accessibility links

Vaşinqtondakı zooparkda heyvanlar nə yeyir [Video]


Vaşinqontda yerləşən Milli Zooparka heyvanlar üçün ilk diyetoloq 30 il bundan öncə işə alınıb. O zamandan bəri zooparkda hər heyvan üçün xüsusi yaxşı balanslaşdırılmış yeməklər hazırlanır.

Bu adi mətbəx deyil. Burada işçilər Vaşinqtonda Milli Zooparkdakı heyvanlar üçün yemək hazırlayırlar.

“Zoopark işçiləri heyvanları yaxından izləyirlər sonra bizə hər hansı bir narahatlıq və ya heyvanların rədd etdikləri yeməklər barədə məlumat verirlər. O zaman da biz diyetoloqla birlikdə heyvanların yeməklərinə dəyişikliklər edirik. Məsələn yeməkdən 10 faiz meyvə çıxarıb, yerinə 10 faiz tərəvəz əlavə edirik.”

Könüllü Mara Strok heyvanların sağlam qalmalarını təmin etmək üçün hər gün onların hər birinin yemək və vitaminlərini ölçür.

“Mən canavarların yeməyinə baxıram. Kitabda onların hər birinə aid səhifə var.”

Bu, zooparkdakı fillərə də aiddir. Onlar bir gündə 68 kilo yemək yeyirlər. Yemək vaxtı nizamı baş dişi fil salır.

Lazım olanda biz bəzi yeməkləri idxal da edirik. Amma belə yeməklər çox az saydadır. Vaşinqtonda və ya ətrafında tapa bilməcəyəyimiz yemək, demək olar, yoxdur.

“O quyruğu və ya qulağını çırpır və bununla digər fillərin doğru yerdə olmasını təmin edir. Bundan əlavə o, hər bir yemək və ya otu ilk özü yoxlayır.”

Bəzi heyvanlar xüsusi yemək tələb edir, ona görə də, zooparkda bu ehtiyacları qarşılamaq üçün detallı menyular var.

“Lazım olanda biz bəzi yeməkləri idxal da edirik. Amma belə yeməklər çox az saydadır. Vaşinqtonda və ya ətrafında tapa bilməcəyəyimiz yemək, demək olar, yoxdur.”

Bir zamanlar təbii mühitlərində yemək ovuna çıxan zooparkdakı heyvanlar indi, balasnlaşdırılmış qida üçün zoopark işçilərindən asılıdır.

XS
SM
MD
LG