Accessibility links

16x9 Image

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 20 ildir "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı Amerikadan Azərbaycan dilində yayımlanan ilk televiziya proqramları olan "Newsflash" xəbər bülleteni və "Amerika icmalı" tele-jurnalının ilk aparıcısı olub. Dilşad Əliyarlı yaratdığı “Qadın dünyası” bloqunda qadın və qızlara bərabər imkanların verilməsi, ailə həyatı və karyera arasında balans, moda, gözəllik və qadınları maraqlandıran müxtəlif mövzularda yazılar təqdim edir.

Dilşad Əliyarlı Azərbaycan xidməti ilə yanaşı, "Amerikanın səsi"nin rus xidmətində də radio proqramlarının aparıcısı olub. "Amerikanın səsi"ndən öncə Dilşad Əliyarlı BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri kimi çalışıb. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Produced by Dilşad Əliyarlı

Daha çox yüklə

XS
SM
MD
LG