Accessibility links

ABŞ-da neft hasilatı ucuzlaşan yanacaq qiymətlərindən ziyan çəkir [Video]


Ucuzlaşan yanacaq qiymətlərinin ABŞ neft hasilatına təsiri
please wait

No media source currently available

0:00 0:03:14 0:00

Ucuzlaşan yanacaq qiymətlərinin ABŞ neft hasilatına təsiri

Neftin barelinin qiyməti 80 dollardan aşağı olduğu üçün, ABŞ sürücüləri litri 75 sentə olan benzindən faydalanırlar. Lakin azalan benzin qiymətinin ABŞ-ın neftayırma sənayesinə mənfi təsiri var.

Neftin səthdən xeyli aşağıda yerləşən şist birləşmələrindən çıxarılmasını asanlaşdıran texnologiyanın təkmilləşdirilməsi nəticəsində Şimali Dakotanın iqtisadiyyatı çiçəklənir.

Bu neft keyfiyyətli olduğu üçün adi neft barelindən daha çox benzin istehsal edir və ABŞ neft emalçıları bu fürsətdən istifadə edirlər.
Fil Flin

Hidravlik yarılma və ya sadəcə “frekinq” kimi tanınan neftayırma prosesi neft yataqlarının üzərində yerləşən ştatlarda iqtisadi artıma səbəb olur.

Hal-hazırda isə o ştatların iqtisadi rifah halları ölkənin digər bölgələrinin səviyyəsinə enir.

“Frekinq benzinin qiymətinin düşməsinə səbəb olan möcüzədir,” deyə Fil Flin bildirir.

PRICE Future Group şirkətinin baş bazar təhlilçisi Fil Flin bildirir ki, neft buruqlarının sayındakı artım və şist neftinin emal və daşınma sisteminin inkişafı və genişləndirilməsi ABŞ-ın enerji müstəqilliyində böyük rol oynayır.

“Bu neft keyfiyyətli olduğu üçün adi neft barelindən daha çox benzin istehsal edir və ABŞ neft emalçıları bu fürsətdən istifadə edirlər."

Çikaqo Universitetinin Bus Biznes Məktəbinin iqtisadiyyat üzrə professoru Astan Qulsbi birdirir ki, ABŞ-ın neft və təbii qaz istehsalı çox yüksək olsa da, bir çatışmazlıq var.

“Burda bir problem də var ki, Şimali Amerikada neft hasilatının xərcləri Səudiyə Ərəbistan kimi ucuz yerlərdən daha yüksəkdir.”

Flin düşünür ki, Səudiyyə Ərəbistanı bunu bildiyinə görə üzv olduğu Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) yüksək bazar payını qorumaq üçün neft hasilatını azaltmaqdan imtina edir.

“Onlar şist qazı inqilabının qarşısını almaq istəyirlər. Onlar bazarı neftlə doldurmaq və qiymətləri daha da aşağı salmağa çalışırlar, və ümid edirlər ki bu frekinq sənayesini bitirəcək.”

Benzinin daha az istifadə olunması, neft hasilatının artması və neft emalının həcminin genişlənməsi benzinin qiymətinin daha uzun müddət aşağı qalacağını göstərir.
Fil Fin

“Orta hesabla desək neftin barelinin qiyməti 75 dollardan aşağı düşməyə başlayanda ABŞ-ın əksər yerli istehlakçıları deyəcəklər ki, biz bu qimətlə işimizi davam etdirə bilmərik. Qiymət 65 dollara düşsə və bir neçə il o qiymətdə qalsa istehlakçıların çoxu bizneslərini dayandıracaqlar,” deyə Astan Qulsbi bildirir.

Qulsbi deyir ki, yanacağın qiymətinin ucuz olmasının başqa səbəbləri də var. Bunların sırasına insanların yanacaq səmərəli maşınlardan istifadə etmələri və əsas istehlakçıların azalan tələbatı daxildir.

“Çin kimi enerjinin ən böyük istifadəçiləri istifadələrini azaldıblar. Onların iqtisadiyyatlarının artımı çox zəifləyib, ona görə də onların tələbatı azalıb.”

Buna görə də Fil Flin benzinin qiymətinin uzun müddət aşağı olacağını gözləyir.

“Benzinin daha az istifadə olunması, neft hasilatının artması və neft emalının həcminin genişlənməsi benzinin qiymətinin daha uzun müddət aşağı qalacağını göstərir.”

Amerika Avtomobil Assosiasiyası (AAA) bildirir ki, hazırda ABŞ-da benzinin litrinin qiyməti 70 sentdir. Bu, Şükranlıq Bayramında maşınla uzaq səyahətə hazırlaşan sürücülər üçün şad xəbərdir.

XS
SM
MD
LG