Bazar günü, 26 Oktyabr, 2014 Yerli vaxt 02:09

Azərbaycan

Milli Məclisdə “casus qalmaqalı”

ABŞ səfirliyi Azərbaycanda casus şəbəkəsi ilə bağlı yazını şərh edib

Milli Məclis keçmiş prezidentin təminatı haqqında qanun qəbul edib
Milli Məclis keçmiş prezidentin təminatı haqqında qanun qəbul edib
Azərbaycan Milli Məclisinin fevralın 14-də plenar iclasında “casus qalmaqalı” məsələsi müzakirə mövzusu olub. 

Deputat Zahid Oruc iki gün öncə yerli mediada yer alan “casus qalmaqalı” məsələsinə toxunub və məsələ qızışıb. O, ad çəkmədən ölkədəki xarici səfirlikləri Azərbaycanda xarici kapital gücü ilə inqilab etmək istəyində suçlayıb.  

Zahid Oruc ruca cavab olaraq Milli Məclisin sədri Oktay Əsədov ABŞ səfirliyinin keçmiş əməkdaşı, hazırda Londonda yaşayan Rebeka Vinsentinin fəaliyyətini təftiş edib.

“Azərbaycanda keçirilməsi gözlənilən olimpiadanı indidən boykot etmək çağırışları səsləndirir, onun hətta ləqəbi də vardı, bunu hamı bilir, ona “Miledi” deyirdilər. Belə “miledi”lər hələ çox olacaq, belə çağırışlara diqqətli olmalıyıq”, -deyə Oqtay Əsədov bildirib.

Jurnalist Eynulla Fətullayev “Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı” adlı məqalə çap edib. Yazıda ABŞ Senatı aparatının iki əməkdaşı Con Zadrozni ilə Daniel Vajdiçinin yanvar ayında Bakı səfərinə toxunulur. Yazıda bu iki şəxsin Bakıda “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova ilə ölkədəki ictimai-siyasi durumu müzakirə etməsi vurğulanır.

Eynulla Fətullayev Xədicə İsmayılovanın amerikalı nümayəndələrə ölkə müxalifəti və jurnalistlərlə bağlı siyahı verdiyi və siyahıda adları çəkilənlərin hakimiyyətə işlədiyi iddia olunur.

Öz növbəsində ABŞ səfirliyi Azərbaycanda casusluq şəbəkəsinin və jurnalist Xədicə İsmayılovanın Amerika hakimiyyəti ilə “məxfi əməkdaşlığının” üstünü açmış Eynulla Fətullayevin qalmaqallı yazısını təmkinlə şərh edib.

Turan agentliyinin bu cür fikirlərin şərhi barədə xahişinə cavab olaraq səfirliyin mətbuat xidməti bildirib ki, Konqresin iki nümayəndəsi işgüzar səfər çərçivəsində Azərbaycana gəlib, rəsmi şəxslər və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirib. Görüşlərin məqsədi ABŞ hökumətinin Azərbaycan və region barədə daha yaxşı məlumatlandırılması olub.

Amerikanın Azərbaycandakı səfirliyi bir neçə ay öncə Rebekka Vinsentə qarşı Azərbaycandakı tənqidlərə də cavab vermişdi.  “Xanım Vinsent Azərbaycana təyin olunduğu müddətdə fərqlənmə ilə xidmət göstərmişdir. O, 2008-ci ilin mart ayında Azərbaycanda göstərdiyi xidmətə görə Ali Şərəf Mükafatı almışdır. Azərbaycandakı təyinatından sonra xanım Vinsent ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı missiyasında xidmət göstərmişdir və daha sonra öz istəyi ilə 2008-ci ilin dekabr ayında Dövlət Departamentindən istefa vermişdir.”-deyə ABŞ səfirliyinin cavabında deyilir.
Bu forum qapanıb
Şərhlər
     
Bu forumda şərh yoxdur. Birinci yazan siz olun.

AMERİKANA

Your JavaScript is turned off or you have an old version of Adobe's Flash Player. Get the latest Flash player.
"Anam Gəncəlidir" - Harvardın professoru Zeynəb Tonla müsahibəi
X
Emil Quliyev
24.10.2014
“Amerikana” proqramının qonağı olan Zeynəb Ton ABŞ-da 40 ən yaxşı professordan biri seçilib
Video

Video "Anam Gəncəlidir" - Harvardın professoru Zeynəb Tonla müsahibə

“Amerikana” proqramının qonağı olan Zeynəb Ton ABŞ-da 40 ən yaxşı professordan biri seçilib
Video

Video Amerikana: Assateague - Vəhşi atlar qoruğu

Atlantik okeanın sahilindəki Assateague adası canlı təbiət həvəskarlarının ən sevdiyi yerlərdən biridir
Video

Video Amerikada mühacir həyatı: Pittsburq şəhərindən orijinal reportaj

Amerikaya mühacirət edən azərbaycanlıları əsas bir məqam maraqlandırır: Amerikanın hansı şəhərində yaşamaq daha məqsədəuyğundur? Bu suala cavab tapmaq üçün kameramızı götürüb yola düşdük. Pittsburq Amerika Xəyalının gerçəkləşdiyi şəhər kimi tanınır.
Video

Video Amerikana: Atlantik Okean sahili - Ocean City çimərliyi

Cəmi 7000 daimi sakini olan bu çimərlik şəhərini il ərzində 8 milyondan çox turist ziyarət edir
Video

Video Amerikana: ABŞ-da "Diner" restoranları

Cəmi 25 ildir fəaliyyətə başlayan bu restoranlar ənənəvi və fast food restoranları arasında boşluğu dordurmaq məqsədi daşıyır
Video

Video Amerikana: Ramazanda qeyri-adi xeyriyyəçilik

“Bolluq” adlanan ənənəvi ərzaq yardımı mərasimində insanlar pulsuz ərzaqlar əldə edir
Video

Video Amerikana: Tarixi Annapolis

Vaşinqtonda 50 kilometr aralıda yerləşən Annapolis şəhəri ABŞ-ın ilk paytaxtlarından biri olub
Video

Video Amerikana: Demokratiyanın simvolu - Vaşinqton abidəsi

3 illik təmirdən sonra Vaşinqtonun sütunu hesab edilən abidə yenidən açılıb
Video

Video Amerikana: Böyük şəhərlərin böyük problemi - Evsizlər

Hüquq müdafiəçiləri Vaşinqtonda evsizlərin artmasını qiymətlərin qalxması ilə əlaqələndirir
Əlavə
Sorğu arxivi

BLOGLAR