Accessibility links

Müəmmalı şəraitdə ölmüş əsgərlə bağlı cinayət işi başlanıb


Ekspertiza əsgərin ürək çatışmazlığından öldüyünü, ailəsi isə döyülürək öldürüldüyünü bildirir. Video görüntülərdə əsgərin bədənində işgəncə izləri görünür

Abşeron rayonundan hərbi xidmətə çağrılan Ceyhun Qubadov yanvarın 8-də Müdafiə Nazirliyinin Daşkəsəndəki hərbi hissəsində müəmmalı şəraitdə ölüb.

Ekspertiza rəyində əsgərin ürək çatışmazlığından dünyasını dəyişdiyi qeyd olunub.
Əsgərin anası Samirə xanım “Azadlıq” qəzetinə deyib ki, oğlu hərbi hissədə döyülərək öldürülüb.

Mərhumun yaxınları meyitin morqda lentə alınmış görüntülərini də təqdim edib. Video və fotolardan görünür ki, mərhumun üzərində ciddi xəsarət izləri var.

Ceyhun Qubadov 3 ay öncə əsgəri xidmətə başlayıb. O, ailənin tək övladı olub. Atasını uşaqlıq vaxtlarından itirən Ceyhun anasının himayəsində böyüyüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu APA-ya bildirib ki, Ceyhun Qubadovun ölüm faktı üzrə Respublika Hərbi Prokurorluğunda cinayət işi qaldırılıb, istintaq araşdırması gedir.

Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri Məhərrəm Əliyev “Qafqazinfo” agentliyinə müsahibəsinbdə bildirib ki, əsgərin ölümü ilə bağlı ilkin araşdırma aparıb.

“Həm Müdafiə Nazirliyi, həm də əsgərin xidmət etdiyi hərbi hissə ilə əlaqə saxlamışam. Bu faktla bağlı artıq Müdafiə Nazirliyi tərəfindən də məlumat verildiyi kimi cinayət işi başladılıb”.

O qeyd edib ki, ailəsinin əsgərin döyülüb öldürülməsi ilə bağlı iddiaları ciddi şəkildə araşdırılacaq və başladılan cinayət işinə nəzarət olunacaq. Onun sözlərinə görə, əsgər Ceyhun Qubadov dağlıq ərazidə xidmət edib.

“Əsgərin xidmət etdiyi ərazi dağlıq zona olub. Burada müxtəlif versiyalar ola bilər. Ancaq hər şey başladılan cinayət işinin nəticəsində bilinəcək. Heç kmin şübhəsi olmasın ki, məsələyə ədalətli yanaşılacaq” .

“Turan” agentliyinin məlumatına görə isə bir qrup könüllü gənc orduda baş vermiş əsgər ölümü ilə bağlı etiraz aksiyası keçirəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG